Yəmən prezidenti husilərin hücumundan sonra sərt mesaj verib
Yəmən Prezidenti Şurasının sədri Rəşad Məhəmməd əl-Əlimi husilərin Əl-Məxa limanına hücumunu pisləyib. O, hücum zamanı qadın və uşaqların öldüyünü, mülki obyektlərin zərər gördüyünü bildirib. Əl-Əliminin sözlərinə görə, hücum son həftələrdə artan gərginliyin davamıdır. O, Məarib və Hədrəməvt bölgələrinə edilən hücumları da xatırladıb. Yəmən prezidenti "nəticəsiz təcavüz dövrünün başa çatdığını" bildirib. O, hökumətin silahlı qrupların hücum və atəşkəs qərarlarını təkbaşına verməsinə imkan verməyəcəyini vurğulayıb. Əl-Əlimi beynəlxalq ictimaiyyəti husilərə qarşı aydın mövqe göstərməyə çağırıb. O, hücumlara görə məsuliyyət daşıyanların cavab verməli olduğunu bildirib.
Yəmən hökuməti İran və husiləri hava məkanını pozmaqda ittiham edib
Yəmənin beynəlxalq səviyyədə tanınan hökuməti İran və husiləri ölkənin hava məkanını pozmaqda ittiham edib. Müdafiə naziri Tahir əl-Aqili belə addımlara cavab veriləcəyini bildirib. Prezident Rəhbərlik Şurası Yəmənin suverenliyinin dəfələrlə pozulduğunu açıqlayıb. Hökumət husilərin İran reysini hüquqi çərçivələrdən kənar qəbul etdiyini iddia edib. Rəsmi Səna bu addımı dövlət institutlarına qarşı hörmətsizlik kimi qiymətləndirib. Şuranın sədri Rəşad Məhəmməd əl-Əlimi husiləri eskalasiyaya görə məsul tutub. Yəməndə husilərlə hökumət qüvvələri arasında qarşıdurma 2015-ci ildən davam edir.