Kipr məsələsi niyə yenidən gündəmə gəlib?
Dünyada bir-birinin ardınca böhranlar yaşandığı bir vaxtda BMT Baş katibi Antonio Quterreşin diqqətini 52 ildən çoxdur nisbi sabitliyin hökm sürdüyü Kiprə yönəltməsi yeni müzakirələrə səbəb olub. Quterreşin Kipr məsələsində “ortaq zəmin” tapılması və 5+1 formatında danışıqların yenidən başlanması istiqamətində səyləri adadakı siyasi prosesləri yenidən gündəmə gətirib.
BMT Baş katibi Kiprlə bağlı 5+1 formatı üçün konkret hazırlıq çağırışı etdi
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Kipr məsələsi üzrə 5+1 formatında keçiriləcək növbəti görüşə yalnız konkret hazırlıq işləri başa çatdıqdan sonra keçilməsinin vacibliyini bildirib. Quterreş bu barədə Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Tufan Erhürman və Cənubi Kipr Rum Administrasiyasının (CKRA) lideri Nikos Hristodulidis ilə Lefkoşadakı BMT nəzarətində olan neytral zonada keçirdiyi görüşdən sonra keçirilən mətbuat konfransında danışıb.