Kenya Airways 2026-cı ilin ilk yarısında 125 milyon dollara yaxın zərər edib
Kenya Airways 2026-cı ilin ilk yarısında 16,1 milyard Keniya şillinqi zərər edib. Bu məbləğ təxminən 124,5 milyon dollara bərabərdir. Ötən ilin eyni dövründə zərər 12,17 milyard şillinq olmuşdu. Beləliklə, şirkətin zərəri təxminən 32 faiz artıb. Buna baxmayaraq, ümumi gəlirlərdə yüksəliş qeydə alınıb. Gəlirlər 9 faiz artaraq 81,25 milyard şillinqə çatıb. Ötən ilin eyni dövründə bu göstərici 74,5 milyard şillinq idi. Dövlətə məxsus hava yolu şirkətinin təxminən 40 təyyarəsi var.
Keyptaun hava limanında əsas uçuş-enmə zolağı təyyarə insidentinə görə bağlanıb
Keyptaun Beynəlxalq Hava Limanında Kenya Airways-ə məxsus təyyarənin eniş zamanı təkərlərinin sıradan çıxması əsas uçuş-enmə zolağının bağlanmasına səbəb olub. Bütün sərnişinlər təhlükəsiz şəkildə təyyarədən çıxarılıb və xəsarət alan olmayıb. Hadisədən sonra gələn reyslər alternativ hava limanlarına yönləndirilib, beynəlxalq uçuşların yola salınması isə dayandırılıb. Nasaz təyyarənin zolaqdan çıxarılması istiqamətində işlər davam edir.