Türkiyədən İrana dəri ixracı 2 milyon dolları keçib (ÖZƏL)
Türkiyə 2025-cü ilin sentyabr ayında İrana dəri ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 46,4 faiz azalaraq, 89 min 12 dollara çatdırıb. 2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən İrana dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 56 faiz azalaraq, 2 milyon 989 min 84 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz azalaraq dəyişərək, 1 milyard 115 milyon 179 min dollara bərabər olub.
Türkiyədə sentyabr ayında məşğulluq səviyyəsi azalıb, işsizlik sabit qalıb
Türkiyədə işsizlik səviyyəsi sentyabr ayında əvvəlki aya nisbətən dəyişməyərək 8,6 faiz səviyyəsində qalıb. Bu dövrdə işsizlərin sayı 3 milyon 75 min nəfər olaraq qeydə alınıb. Məlumata görə, 15 yaş və yuxarı şəxslər arasında işsizlərin sayı əvvəlki aya nisbətən 12 min nəfər artaraq 3 milyon 75 min nəfərə çatıb. İşsizlik səviyyəsi kişi işçilər arasında 7,4 faiz qadınlarda isə 11,1 faiz təşkil edib.
Türkiyədə işsizlik son 5 ayın ən aşağı səviyyəsinə düşüb
Türkiyədə iyul ayına dair işçi qüvvəsi statistikaları açıqlanıb. Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına görə, işsizlik səviyyəsi iyul ayında 0,4 bənd azalaraq 8 faiz olub. Bu göstərici son 5 ayın ən aşağı səviyyəsidir və işsizliyin tək rəqəmli səviyyədə qalması ardıcıl 27-ci ayda da davam edib. İyul ayında 15 və daha yuxarı yaşda olan işsizlərin sayı 164 min nəfər azalaraq 2 milyon 828 minə düşüb. İşsizlik göstəricisi kişilər arasında 6,5 faiz, qadınlar arasında isə 10,9 faiz səviyyəsində qeydə alınıb.
2024-cü ildə hər 100 nəfərdən 3-ü şəhər dəyişib - TÜİK
Ötən il Türkiyədə 2,7 milyon insan şəhərlər arasında köç edib – ən çox miqrant İstanbulda cəmləşib.
Türkiyədə xoşbəxt insanların faizi azalıb
Türkiyədə həyat keyfiyyəti, ictimai xidmətlərə məmnunluq və sosial problemlər axtarış nəticələrində daha çox klik cəlb edir.