Qalatasaray dünyanın ən böyük 25 klubu arasında yer alıb
Dünyanın ən böyük futbol klubları ilə bağlı hazırlanan siyahıda Türkiyənin “Qalatasaray” komandası da yer alıb. Siyahıda İstanbul təmsilçisi 23-cü pillədə göstərilib. Siyahının zirvəsində İspaniyanın “Real Madrid” klubu qərarlaşıb. “Barselona” ikinci, İngiltərənin “Mançester Yunayted”i üçüncü, “Liverpul” isə dördüncü sırada yer alıb. İlk beşliyi Almaniyanın “Bayern Münhen” klubu tamamlayıb. Daha sonra “Yuventus”, “Mançester Siti”, “Milan”, “Çelsi” və PSJ ilk onluqda qərarlaşıb.