İsrail Livanın cənubuna yeni zərbələr endirib
İsrail Livanın cənubundakı bir sıra yaşayış məntəqələrinə zərbələr endirib, Mənsuridə ötən gecədən 30-dan çox partlayış qeydə alınıb.
İsrail Livanın cənubuna yeni zərbələr endirib
İsrail ordusu Livanın cənubundakı ərazilərə yeni zərbələr endirib. Bint Cübeyl bölgəsində Aynata və Həddasə kəndlərinin ətrafı artilleriya atəşinə tutulub. Məlumatı Livanın Milli Xəbər Agentliyi yayıb. Bölgədə İsrail pilotsuz uçuş aparatı ilə bağlı ayrıca hadisə də qeydə alınıb. Pilotsuz uçuş aparatının dağıntıları təmizləyən ekskavatorun üzərində uçarkən partladığı bildirilir. Hadisənin vurduğu ziyanın miqyası hələlik məlum deyil. Ölən və yaralananlar barədə də məlumat verilməyib. Son hadisələr Livanın cənubunda gərginliyin davam etdiyini göstərir.