Netanyahu üçün həyəcan siqnalı - Likud seçkilərdə məğlub ola bilər
İsrailin Baş naziri Binyamin Netanyahu seçkiqabağı qapalı görüşlərdə Likud Partiyasının 10 mandat itirdiyini və vəziyyət dəyişməsə, seçkilərdə məğlub ola biləcəklərini etiraf edib. İsrailin ictimai yayım qurumu KAN-ın məlumatına görə, Netanyahu oktyabrın 27-də keçirilməsi planlaşdırılan parlament seçkiləri öncəsi partiyasının mövqeyini müzakirə edib. Baş nazirin qapalı toplantılardan birində “10 mandat itirmişik və onları necə geri qaytaracağımızı bilmirəm” dediyi bildirilir.