Azərbaycan millisi dünya çempionatında 11 boksçu ilə iştirak edəcək
Dekabrın 3–13-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində boks üzrə dünya çempionatı keçiriləcək. 120-dən çox ölkənin qatılacağı mundialda Azərbaycan millisi də mübarizə aparacaq.
Azərbaycan boksçusu Avropa çempionu oldu
Azərbaycan boksçusu Sübhan Məmmədov (50 kiloqram) U-23 Avropa çempionatının qalibi olub. Millinin lideri finalda Maksim Rudiki (Ukrayna) məğlub edib.
Azərbaycan boksçusu dünya çempionatında yarımfinala vəsiqə qazandı
Azərbaycan boksçusu Alfonso Dominqes İngiltərənin Liverpul şəhərində keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb. 90 kiloqram çəkidə mübarizə aparan millinin lideri 1/4 finalda Emrah Yaşarla (Türkiyə) üz-üzə gəlib. Döyüş dünya çempionumuzun qələbəsi ilə başa çatıb. Dominqes rəqibini 3:2 (28:29, 30:27, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Boksçu bu qələbə sayəsində özü üçün azı bürünc medalı da təmin edib.
Azərbaycan boksçuları Aktaudakı beynəlxalq turnirdə 2 medal qazanıblar
Qazaxıstanın Aktau şəhərində boks üzrə keçirilən beynəlxalq turnir başa çatıb. Azərbaycan millisi Şokır Beltekulının xatirəsinə həsr olunan A kateqoriyalı ənənəvi yarışı 2 medalla başa vurub.
Azərbaycan boksçuları Çində 4 medal qazanıblar
Boksçulardan Haqverdi Həsənov (63 kiloqram) turnirin qalibi olub. O, finalda qazaxıstanlı rəqibinə qalib gəlib. Səftər Məmmədzadə (+80 kiloqram) gümüş, Raul Heydərli (57 kiloqram) və Adil Zalov (70 kiloqram) bürünc medal qazanıblar.