7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları terminoloji hazırlıq mərhələsini başa vurduqdan sonra "Eurofighter Typhoon" döyüş təyyarələri üzrə təlim uçuşlarına start verirlər. Türkiyə Milli Müdafiə Nazirliyinin həftəlik brifinqində gələcək "Eurofighter" pilotlarının təlim prosesi ilə bağlı son yeniliklər açıqlanıb.