Qətər Netanyahuya cavab verdi - İsrail “qarayaxma kampaniyası” aparır
Qətər İsrail Baş naziri Benyamin Netanyahunun ölkəni “düşmən dövlət” adlandırmasına cavab verib. Qətər Xarici İşlər Nazirliyinin rəsmisi İbrahim Əl-Haşimi İsraili Dohaya qarşı “qarayaxma kampaniyası” aparmaqda ittiham edib və ölkənin Qəzzadakı vasitəçilik və humanitar fəaliyyətlərini müdafiə edib.