Putinlə Ukrayna mövzusunda bir sıra razılaşmalar əldə olunub - Tramp
Rusiya Prezidenti Vladimir Putinlə keçirilən görüşdə Ukrayna ilə bağlı bir sıra məsələlər üzrə razılıq əldə olunub, qalan mövzular üzrə isə anlaşma perspektivləri yüksəkdir. Bunu ABŞ prezidenti Donald Tramp Ankoricdə (Alyaska) keçirilən görüşdən sonra Rusiya prezidenti ilə birgə mətbuat konfransında çıxış edərkən deyib.
Tramp və Putin danışıqları yekunlaşdırıblar - Kreml
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp danışıqları yekunlaşdırıblar. Mətbuat konfransından sonra iki lider qısa, ayaqüstü söhbətə davam ediblər. Ardınca Putin “Fort-Riçardson” hərbi qəbiristanlığını ziyarət edərək sovet pilotlarının məzarına gül dəstəsi qoyub.
Rusiya Ukraynanın təhlükəsizliyini təmin etməyə hazırdır - Putin
Moskva Ukraynanın təhlükəsizliyini təmin etmək üçün Vaşinqtonla işləməyə hazırdır. Bu barədə Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Tramp ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib. “Prezident Trampın bu gün dediyi kimi, Ukraynanın təhlükəsizliyi təmin edilməlidir. Əlbəttə, biz bunun üzərində işləməyə hazırıq” – deyə, Putin qeyd edib.
Rusiya həmişə Ukrayna xalqını qardaş xalq hesab edib - Putin
Rusiya Ukrayna xalqını hər zaman qardaş xalq hesab edib və baş verənləri böyük bir faciə kimi görür. Bunu Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Tramp ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
Trampla danışıqlar konstruktiv atmosferdə keçib - Putin
Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp ilə aparılan danışıqları faydalı və konstruktiv olaraq qiymətləndirib. Bu barədə Putin iki liderin məhdud formatda keçirdikləri görüşün yekunlarına həsr olunmuş birgə mətbuat konfransında bildirib.
Trampla Putin arasında birgə mətbuat konfransı başlayıb
Tezliklə Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın birgə mətbuat konfransı başlayacaq. Bu barədə Kremlin mətbuat xidməti məlumat verib.
Alyaskada Trampla Putinin görüşü başa çatıb
Alyaskada Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp danışıqlara başlayıblar. Görüş “Elmendorf-Riçardson” hərbi bazasında yerləşən xüsusi otaqda keçirilir. Məkan ənənəyə uyğun olaraq hər iki ölkənin – Rusiya və ABŞ-ın bayraqları ilə bəzədilib.
Tramp Lukaşenko ilə Alyaskadakı görüşü müzakirə edib
ABŞ Prezidenti Donald Tramp, Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Rusiya Prezidenti Vladimir Putinlə keçirəcəyi qarşıdakı sammit barədə müzakirələr apardığını bildirib. Tramp bu barədə “Truth social" platformasında yazıb.
Rusiya müharibənin bitməsi üçün zəruri addımlar atmalıdır - Ukrayna Prezidenti
Müharibəni bitirməyin vaxtı çatıb. Rusiya bu istiqamətdə zəruri addımlar atmalıdır. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında bu gün Alyaskada keçiriləcək görüşə münasibət bildirərkən deyib.
Putin-Tramp görüşü öncəsi Ukrayna və Qərbdən birlik mesajı
ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin bu gün Alyaskada keçirəcəyi görüş ərəfəsində, Ukrayna və Qərb ölkələri güclü birlik mesajı verib. Görüşdə Rusiyanın Ukraynaya qarşı müharibəsi və Rusiya–ABŞ münasibətlərinin müzakirə olunacağı gözlənilir. Tramp və Putin müharibə başlayandan bəri ilk dəfə bir araya gələcək. Görüş dünya ictimaiyyəti tərəfindən böyük maraqla izlənilir. Ukrayna isə açıq şəkildə bəyan edir ki, bu masada Kiyev olmadan qərarların qəbul edilməsi yolverilməzdir.
Putin atəşkəsə razı olarsa, növbəti sammit İstanbulda keçiriləcək
Bu gün Alyaskada ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında keçiriləcək sammit, Ukrayna müharibəsinə son qoymaq üçün 7 aydır davam edən danışıqların ən kritik mərhələsi hesab olunur. Danışıqlardan atəşkəs qərarı çıxarsa, növbəti mərhələdə Ukrayna prezidenti Volodimir Zelenskinin də qatılacağı üçtərəfli sammitin İstanbulda keçirilməsi nəzərdə tutulur.
Tramp Zelenskini Alyaska sammitinə dəvət etməyi nəzərdən keçirir
ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putin ilə Alyaskada keçirilməsi planlaşdırılan üçtərəfli sammitə Ukrayna prezidenti Volodimir Zelenski və bəzi Avropa liderlərinin də dəvət oluna biləcəyini bildirib. Tramp əsas məqsədinin “təcili sülh razılaşmasına” nail olmaq olduğunu vurğulayaraq, qısa müddətdə sülhün təmin edilməsinə önəm verdiyini qeyd edib.