5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Putin atəşkəsə razı olarsa, növbəti sammit İstanbulda keçiriləcək

Bu gün Alyaskada ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında keçiriləcək sammit, Ukrayna müharibəsinə son qoymaq üçün 7 aydır davam edən danışıqların ən kritik mərhələsi hesab olunur. Danışıqlardan atəşkəs qərarı çıxarsa, növbəti mərhələdə Ukrayna prezidenti Volodimir Zelenskinin də qatılacağı üçtərəfli sammitin İstanbulda keçirilməsi nəzərdə tutulur.

15 Avqust 2025 10:03
Putin atəşkəsə razı olarsa, növbəti sammit İstanbulda keçiriləcək

BAKI, AzerVoice, Nərmin Ağayeva

Alyaskada atəşkəs mümkün olarsa, İstanbulda üçtərəfli sammit keçiriləcək — Dünya Tramp-Putin görüşünə fokuslanıb

AzerVoice xəbər verir ki, bu gün Alyaskada ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında keçiriləcək sammit, Ukrayna müharibəsinə son qoymaq üçün 7 aydır davam edən danışıqların ən kritik mərhələsi hesab olunur. Danışıqlardan atəşkəs qərarı çıxarsa, növbəti mərhələdə Ukrayna prezidenti Volodimir Zelenskinin də qatılacağı üçtərəfli sammitin İstanbulda keçirilməsi nəzərdə tutulur.

Putin görüşə xarici siyasət üzrə köməkçisi Yuri Uşakov, XİN rəhbəri Sergey Lavrov, müdafiə naziri Andrey Belausov, xarici investisiyalar üzrə köməkçisi Kiril Dmitriyev və maliyyə naziri Anton Siluanov kimi yüksək səviyyəli nümayəndələrlə qatılacaq. Analitiklər bu heyətin mövcudluğu danışıqlardan konkret nəticə gözləntilərini gücləndirir.

Tramp Avropa liderləri ilə videokonfrans zamanı bildirib ki, Putin atəşkəsi qəbul edərsə, dərhal Rusiya-Ukrayna liderləri ilə yeni görüş keçirməyi planlaşdırır. Bu sammitin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə İstanbulda keçirilməsi həm coğrafi, həm də diplomatik baxımdan əlverişli hesab olunur. İstanbul əvvəllər də (2022-ci ildə və sonrakı aylarda) tərəflər arasında birbaşa danışıqlara ev sahibliyi edib.

Mənbələr bildirir ki, Putin atəşkəsə iki fərqli model üzrə razı ola bilər:

Yalnız hava hücumlarını əhatə edən uzunmüddətli atəşkəs və hava, quru və dəniz əməliyyatlarını dayandıran hərtərəfli atəşkəs.

Lakin hər iki halda, Putin Trampdan Ukraynaya atəşkəs dövründə silah göndərilməyəcəyinə dair təminat tələb edəcək.

Sammit həm də Rusiya üçün Qərbin sanksiyalarının yumşaldılması baxımından vacibdir. Xüsusilə, Putin Trampdan Rusiya sərnişin təyyarələrinə qarşı sanksiyaların aradan qaldırılmasını istəyəcək. Mövcud məhdudiyyətlər səbəbindən ehtiyat hissələri əldə etmək çətinləşib, bu isə Rusiya aviaparkının 70%-nin texniki vəziyyətini pisləşdirib.

Həm Vaşinqton, həm də Moskva görüşdən yekun sənəd çıxacağına dair ehtiyatlı açıqlamalar verib. Tramp müsbət nəticəyə ümidli olduğunu, lakin mənfi ssenariyə də hazır olduğunu bildirib. Kremlin sözçüsü Dmitri Peskov isə yekun razılaşmanın gözlənilmədiyini açıqlayıb.

Məqalədə: #Rusiya #ABŞ #Vladimir Putin #Donald Tramp #Alyaska #Rusiya-Ukrayna münaqişəsi #ABŞ-Rusiya münasibətləri #İkitərəfli görüşlər #Alyaska sammiti

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.