16 Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilib
Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlər nəticəsində Suriyadan 16 Azərbaycan vətəndaşı ölkəyə gətirilib. Onların 7-si qadın, 9-u isə uşaqdır. Repatriasiya prosesi iyulun 18-i və 19-da həyata keçirilib. Əvvəlcə şəxslərin kimliyi və Azərbaycan vətəndaşlığı müəyyən edilib. İşçi Qrupun nümayəndələri Suriyada ilkin tibbi və psixoloji müayinələr təşkil ediblər. Azərbaycan səfirlikləri və konsulluqları qayıdış prosesində iştirak edib. Repatriantların sosial uyğunlaşması və cəmiyyətə inteqrasiyası üçün tədbirlər görüləcək. Azərbaycan hökuməti bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini bildirib.
Azov dənizində dron hücumlarında həlak olan və yaralanan azərbaycanlıların sayı dəqiqləşdirilib
Azov dənizində dron hücumları nəticəsində zərər çəkmiş Azərbaycan vətəndaşları ilə bağlı yeni təfərrüatlar açıqlanıb.