İranda iqtisadi etirazlar zamanı ölənlərin sayı 4 minə yaxınlaşır
İranda iqtisadi çətinliklər və yerli valyutanın dəyər itirməsi səbəbindən başlayan etiraz aksiyalarında həyatını itirənlərin sayı 3 min 919 nəfərə yüksəlib. ABŞ-da yerləşən İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) etirazlarla bağlı son hesabatını açıqlayıb. Məlumata görə, ölkənin müxtəlif şəhərlərində baş verən hadisələr zamanı indiyədək 24 min 669 nəfər saxlanılıb. Agentlik qeyd edib ki, yalnız son bir gündə təsdiqlənmiş ölüm hallarının sayı 3 min 308-dən sürətlə artaraq hazırkı həddə çatıb. Xatırladaq ki, etirazlar 2025-ci ilin dekabrında Tehranda başlayaraq qısa müddətdə ölkə boyu genişlənib və yanvarın 8-də paytaxtda toqquşmaların şiddətlənməsi ilə nəticələnib.
İranda etiraz aksiyaları zamanı həlak olanların sayı 2 min 600 nəfəri keçib
İranda davam edən kütləvi etiraz aksiyalarında həyatını itirənlərin sayı kəskin artaraq 2 min 677 nəfərə çatıb. ABŞ-da fəaliyyət göstərən İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi (HRANA) ölkənin bir çox nöqtəsində baş verən hadisələrdə 2 min 600-dən çox insanın yaralandığını, 19 min 97 nəfərin isə saxlanıldığını açıqlayıb. Qeyd olunub ki, son 24 saat ərzində can itkisi faktlarında artım müşahidə olunub. İran rəsmiləri isə nümayişlərdə ölənlərin və ya yaralananların ümumi sayı ilə bağlı hələlik heç bir rəsmi açıqlama verməyib.
Təhranda hava çirkliliyinin 22 faizi motosikletlərdən qaynaqlanır
İranın paytaxtı Təhranda hava çirkliliyinin 22 faizi motosikletlərdən qaynaqlandığı açıqlanıb. Təhran Bələdiyyəsi Məclisinin sədri Mehdi Çemran bildirib ki, motosikletlərin elektriklə işləyən modellərlə əvəz edilməsi həm çirkliliyi azaltmaq, həm də təhlükəsizliyi artırmaq baxımından effektiv olacaq. İran Daxili İşlər Nazirliyinin məlumatına görə, paytaxtda 4 milyondan çox motosiklet fəaliyyət göstərir, onların 92 faizi köhnə modeldir və bir çoxunun rəsmi qeydiyyatı yoxdur.
İran beynəlxalq təşkilatlarda fəal iştirakı ilə iqtisadi imkanları genişləndirir - Pezeşkian
İran prezidenti Məsud Pezeşkian bildirib ki, ölkənin BRİKS, Şanxay Əməkdaşlıq Təşkilatı (SCO) və Avrasiya İqtisadi İttifaqında (EAEU) fəal iştirakı geniş regional bazarlar da daxil olmaqla əhəmiyyətli iqtisadi imkanlar yaradır. Tehranda keçirilən “Dayanıqlılıq, İnnovasiya, İnkişaf” adlı illik kapital bazarı konfransında çıxış edən Pezeşkian diplomatik əlaqələrin qonşu ölkələrlə konstruktiv münasibətləri gücləndirdiyini vurğulayıb. O, qeyd edib ki, bu proses günbəgün möhkəmlənir və İran iqtisadi fəaliyyəti asanlaşdıraraq investorları dəstəkləməyə çalışır.
Yaxın Şərqdə İdeoloji Müharibələr sona çatır...Uduzan kimlərdir?
Eyni şəkildə HƏMAS da ideologiyanı dövlətin və xalqın üzərinə qoyduğu üçün uduzdu.
Rusiya İsrail-İran münaqişəsində vasitəçiliyə hazır olduğunu açıqlayıb
Kreml bildirib ki, Rusiya İsrail və İran arasında münaqişədə vasitəçilik etməyə hazırdır.
İran iyunun 13-dən bəri 370 ballistik raket atıb, 30 nöqtəni vurub - İsrail
İran 13 iyundan bu yana hücumlara cavab olaraq İsrailə 370 ballistik raket göndərib və 30 nöqtəni vurub.
Siz danışıqlar apara və hücuma göz yuma bilməzsiniz - İran XİN
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi İsrailin İrana hücumunun ABŞ-ın icazəsi olmadan həyata keçirilə bilməyəcəyini iddia edib. Bekayi iddia edib ki, Vaşinqton Tehranla nüvə danışıqlarını mənasız edib.
Qətər əmiri Əl Tani ABŞ prezidenti Trampla İsrail-İran gərginliyini müzakirə edib
Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ABŞ prezidenti Donald Trampla İsrailin İrana şiddətli hücumları ilə başlayan gərginliyi müzakirə edib.
İranın cavabı sərt və qanuni olacaq – Pezeşkian
İsrailin İrana hava zərbələri endirməsinə İranın cavabı sərt və qanuni olacaq.
Əli Şəmxaninin vəziyyəti ağırdır – İsrailin zərbəsində evi vurulub
İranın Ali Lideri Ayətullah Seyid Əli Xameneinin müşaviri, admiral Əli Şəmxaninin vəziyyəti ağır olaraq qiymətləndirilir.