İsrail “HƏMAS”ın əsirlərin cəsədlərindən danışıqlarda təzyiq vasitəsi kimi istifadə edəcəyindən ehtiyat edir
İsrail rəsmiləri, “HƏMAS”ın yalnız dörd nəfərin cəsədini təhvil verməsindən sonra “dərin şok və məyusluq” ifadə ediblər. Bu, İsrailin gözlədiyindən xeyli azdır və Təl-Əviv bu addımı razılaşmanın pozulması kimi qiymətləndirib.
Qəzza missiyanın bir hissəsidir, əsas məqsəd Yaxın Şərqdə sülhdür - Tramp
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Qəzza məsələsi onun təşəbbüsü ilə hazırlanmış Yaxın Şərq sülh planının yalnız bir hissəsidir və əsas məqsəd bölgədə davamlı sülhə nail olmaqdır. Tramp bu fikirləri İsrailə səfəri və Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Sülh Sammitində iştirakından sonra “Truth Social” platformasında paylaşdığı bəyanatda səsləndirib. “Qəzza yalnız missiyanın bir hissəsidir. Əsas məsələ Yaxın Şərqdə sülhü təmin etməkdir. İndi bölgə uğrunda çox çalışmış ölkələr birləşərək bu işi tamamlamaq məcburiyyətindədirlər,” – deyə Tramp qeyd edib.
Prezident Ərdoğandan Qəzzə ilə bağlı mühüm açıqlama - Türkiyə sülh üçün bütün səylərə dəstək verəcək
Azərbaycan səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzədəki vəziyyət, Həmas və ABŞ Prezidenti Donald Trampla aparılan danışıqlar barədə ətraflı məlumat verib. Ərdoğan bildirib ki, Türkiyə illərdir Qəzzədə qan tökülməsinin dayandırılması və fələstinlilərin təhlükəsizliyinin təmin olunması üçün çalışır. “Fələstinlilər yaxşı bilirlər ki, Türkiyə onların maraqlarını qoruyur və müdafiə edir. Qəzzədə baş verən faciənin dayandırılması üçün daim səylər göstəririk. HƏMAS-la mütəmadi əlaqədəyik və Fələstinin gələcəyi üçün ən düzgün addımların hansı olmalı olduğunu izah edirik.”-deyə Ərdoğan bildirib.
“Hizbullah” Qəzzada müharibənin dayandırılması ilə bağlı Trampın planına dair “HƏMAS”ın mövqeyini dəstəklədi
Livanda “Hizbullah” hərəkatı bazar günü ABŞ prezidenti Donald Trampın Qəzza zolağında müharibəyə son qoymaq planı ilə bağlı “HƏMAS”ın mövqeyini tam dəstəklədiyini açıqlayıb. AzerVoice xəbər verir ki,hərəkatın yaydığı bəyanatda qeyd olunub ki, “Hizbullah” “HƏMAS” və digər fələstinli müqavimət qruplarının razılaşdırılmış qərarını dəstəkləyir və bu mövqeyin İsrailin vəhşi təcavüzünün dayandırılmasına yönəlmiş ciddi səylərdən qaynaqlandığını vurğulayır.
Həftənin ən yaddaqalan görüntüləri - Qəzzada humanitar böhran dərinləşir, qlobal həmrəylik artır (FOTO)
2025-ci ilin sentyabrın son günləri və oktyabrın əvvəlində İsrailin Qəzza zolağına hücumları yenidən şiddətlənib. İşğalçı qüvvələrin hərbi əməliyyatları azaltdığını bəyan etməsinə baxmayaraq, bölgədə vəziyyət daha da ağırlaşıb.
Təzyiq altında deyilik, Trampın planına tezliklə cavab verəcəyik - HƏMAS
HƏMAS planın açıqlanması olan 30 sentyabrdan sonrakı gündən etibarən fələstinli qruplarla, müstəqil şəxslərlə və vasitəçilərlə həm daxildə, həm də xaricdə məsləhətləşmələrə başladı. Əlimizdə çox sayda tənqid olsa da, hərəkat mövzuya bütün ciddiyyəti ilə yanaşır. bu sözləri HƏMAS Siyasi Büro üzvü Məhəmməd Nezzal mətbuata açıqlamasında bildirib. HƏMAS bildirib ki, ABŞ Prezidenti Donald Trampın Qəzzada atəşkəs və əsir mübadiləsi ilə bağlı təklif etdiyi plana tezliklə cavab verəcək.
Tramp–Netanyahu cütlüyünün yeni Qəzza planı: Ümidin Silahlaşdırılması və Bölgənin Dizayn Axtarışı
Tramp və Netanyahu’nun Qəzza–Fələstin planından anladığım budur: “İki dövlətli həll ümidini”, “dövlət qurmaq arzusunu” və “qanla ağrını dayandırmaq istəyini” artıq BİR SİLAH kimi istifadə etmək istəyirlər! Qəzzada indiyədək “şiddət, qırğın, ölüm, dağıntı, aclıq, qıtlıq, yoxsulluq və qeyri-müəyyənlik” meydanda silah kimi tətbiq edilib. Bunlar İsrail və ABŞ-ın məqsədlərinə çatmasını asanlaşdırmaq üçün — həm Qəzza xalqını, həm də Həmas-ı sıxışdırmaq, həm də xalqı Həmas üzərində bir təzyiq alətinə çevirmək üçün istifadə edilib. Eyni zamanda beynəlxalq ictimaiyyəti və hədəf dövlətləri qorxutmaq, istiqamətləndirmək və manipulyasiya etmək funksiyasını yerinə yetirib.
Qırmızı Xaç Komitəsi Qəzzada fəaliyyətini müvəqqəti dayandırıb
Beynəlxalq Qırmızı Xaç Komitəsi (ICRC), İsrail ordusunun işğal planını faktiki olaraq həyata keçirməyə başladığı Qəzza şəhərindəki hərbi əməliyyatların intensivləşməsi səbəbilə bölgədəki fəaliyyətlərini müvəqqəti olaraq dayandırdığını açıqlayıb. Komitənin yaydığı yazılı bəyanatda bildirilib ki, Qəzza şəhərindəki hərbi əməliyyatların şiddətlənməsi nəticəsində, ICRC-nin Qəzza şəhərində yerləşən ofisinin fəaliyyəti müvəqqəti dayandırılıb, personalın təhlükəsizliyini təmin etmək və fəaliyyətin davamlılığını qorumaq məqsədilə işçilər Qəzzanın cənubundakı digər Qızıl Xaç ofislərinə köçürülüb.
İsrail ordusu Qəzzənin cənubundan şimala gedən son keçidi bağladığını elan edib
İsrail ordusunun sözçüsü Avihay Adrai “X” platformasında paylaşımında “Cənub bölgəsindən hərəkət üçün ər-Rəşid küçəsi yerli vaxtla saat 12:00-da bağlanacaq. Qəzzə şəhərini tərk edə bilməyənlər üçün cənuba hərəkət imkanı açıq qalacaq. Bu mərhələdə Müdafiə Ordusu cənuba keçidi sərbəst və yoxlamasız şəkildə təmin edir.”-deyə yazıb.
İsrail ordusunun Qəzza zolağına hücumlarında daha 14 nəfər həlak olub
İsrail ordusunun bu səhər Qəzza zolağına təşkil etdiyi hücumlar nəticəsində azı 14 nəfər həyatını itirib. Səhiyyə mənbələrinin verdiyi məlumata görə, hücumlar Qəzza zolağının şimalındakı Qəzza şəhəri və mərkəzdəki Nusayrat qaçqın düşərgəsi ərazilərini hədəf alıb. İsrailə məxsus döyüş təyyarələri Qəzza şəhərinin şərqində yerləşən əd-Dəraç məhəlləsində "Əbu Kəmil" adlı fələstinli ailənin evini bombalayıb. Nəticədə 7 nəfər həyatını itirib.
Türkiyə Qəzza üçün keçiriləcək vasitəçilik görüşünə qatılacaq
Türkiyə, bu gün Qətərdə Qəzza zolağında atəşkəsə nail olmaq məqsədilə keçiriləcək vasitəçilik toplantısında iştirak edəcək. Toplantıda Türkiyəni Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın təmsil edəcək. Görüşdə Qəzzada atəşkəsin təmin olunması və bölgədəki humanitar vəziyyətin yüngülləşdirilməsi istiqamətində diplomatik səylər müzakirə olunacaq.
Trampın Qəzza planı İsrailin baxışına daha yaxındır - HƏMAS
Qətər və Misirin, ABŞ Prezidenti Donald Tramp tərəfindən təqdim edilən və Qəzzada münaqişəni sonlandırmağı hədəfləyən 20 maddəlik planı HƏMAS-a çatdırdığı bildirilib. Bu barədə məlumat "El-Kahire News" telekanalına danışan, adının açıqlanmasını istəməyən misirli təhlükəsizlik mənbəsinə istinadla verilib. Məlumata görə, Trampın “Qəzza Münaqişəsini Sonlandıracaq Əhatəli Planı”, hər iki ölkə tərəfindən HƏMAS-a təqdim olunub.