4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Qırmızı Xaç Komitəsi Qəzzada fəaliyyətini müvəqqəti dayandırıb

Beynəlxalq Qırmızı Xaç Komitəsi (ICRC), İsrail ordusunun işğal planını faktiki olaraq həyata keçirməyə başladığı Qəzza şəhərindəki hərbi əməliyyatların intensivləşməsi səbəbilə bölgədəki fəaliyyətlərini müvəqqəti olaraq dayandırdığını açıqlayıb. Komitənin yaydığı yazılı bəyanatda bildirilib ki, Qəzza şəhərindəki hərbi əməliyyatların şiddətlənməsi nəticəsində, ICRC-nin Qəzza şəhərində yerləşən ofisinin fəaliyyəti müvəqqəti dayandırılıb, personalın təhlükəsizliyini təmin etmək və fəaliyyətin davamlılığını qorumaq məqsədilə işçilər Qəzzanın cənubundakı digər Qızıl Xaç ofislərinə köçürülüb.

1 Oktyabr 2025 15:37
Qırmızı Xaç Komitəsi Qəzzada fəaliyyətini müvəqqəti dayandırıb

BAKI, AzerVoice, Nailə Babazadə

Beynəlxalq Qırmızı Xaç Komitəsi (ICRC), İsrail ordusunun işğal planını faktiki olaraq həyata keçirməyə başladığı Qəzza şəhərindəki hərbi əməliyyatların intensivləşməsi səbəbilə bölgədəki fəaliyyətlərini müvəqqəti olaraq dayandırdığını açıqlayıb.

AzerVoice xəbər verir ki, komitənin yaydığı yazılı bəyanatda bildirilib ki, Qəzza şəhərindəki hərbi əməliyyatların şiddətlənməsi nəticəsində, ICRC-nin Qəzza şəhərində yerləşən ofisinin fəaliyyəti müvəqqəti dayandırılıb, personalın təhlükəsizliyini təmin etmək və fəaliyyətin davamlılığını qorumaq məqsədilə işçilər Qəzzanın cənubundakı digər Qızıl Xaç ofislərinə köçürülüb.

Bəyanatda həmçinin vurğulanıb ki, bu qərar Qəzzada on minlərlə insanın ağır humanitar şəraitlə qarşı-qarşıya olduğu və təcili yardıma ehtiyac duyduğu bir dövrdə verilib. Bildirilib ki, bölgədə mülki şəxslər öldürülür, məcburi köçkün salınır və insanlıqdan uzaq çətin şərtlərlə yaşamağa məcbur edilir.

“Fələstin Qızıl Aypara Cəmiyyəti və mülki müdafiə də daxil olmaqla, ilk yardım qrupları yardımı çatdırmaq üçün fasiləsiz çalışır. Lakin onların hərəkət imkanları və mülki əhaliyə təhlükəsiz şəkildə çatmaq bacarıqları ciddi şəkildə məhdudlaşdırılıb,” – deyə açıqlamada qeyd olunub.

ICRC əlavə edib ki, şərait imkan verdiyi müddətcə, Qəzza şəhərindəki mülki şəxslərə Deyr əl-Bələh və Rəfahdakı ofislər vasitəsilə yardım göstərməyə davam edəcəklər.

Qırmızı Xaç Komitəsi həmçinin vurğulayıb ki, onilliklərdir fəaliyyət göstərdikləri Qəzza şəhərinə şərait normallaşan kimi qayıtmağa sadiqdirlər.

Məqalədə: #Qəzza #Qəzza zolağı #Beynəlxalq Qırmızı Xaç Komitəsi #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Misirin Qəzza siyasəti #Ərəb dövlətləri və Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzzada infrastruktur yeniləmələri #Qırmızı Xaç

Mövzu üzrə digər xəbərlər

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

20:41
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

20:26
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Fələstin

Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb

20:23
İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb
Yaxın Şərq

İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb

20:19

Son Xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
20:43
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
20:41
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
20:30
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
20:26
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
20:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.