9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Prezident Ərdoğandan Qəzzə ilə bağlı mühüm açıqlama - Türkiyə sülh üçün bütün səylərə dəstək verəcək

Azərbaycan səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzədəki vəziyyət, Həmas və ABŞ Prezidenti Donald Trampla aparılan danışıqlar barədə ətraflı məlumat verib. Ərdoğan bildirib ki, Türkiyə illərdir Qəzzədə qan tökülməsinin dayandırılması və fələstinlilərin təhlükəsizliyinin təmin olunması üçün çalışır. “Fələstinlilər yaxşı bilirlər ki, Türkiyə onların maraqlarını qoruyur və müdafiə edir. Qəzzədə baş verən faciənin dayandırılması üçün daim səylər göstəririk. HƏMAS-la mütəmadi əlaqədəyik və Fələstinin gələcəyi üçün ən düzgün addımların hansı olmalı olduğunu izah edirik.”-deyə Ərdoğan bildirib.

8 Oktyabr 2025 12:29
Prezident Ərdoğandan Qəzzə ilə bağlı mühüm açıqlama - Türkiyə sülh üçün bütün səylərə dəstək verəcək

BAKI, AzerVoice, Nailə Babazadə

Azərbaycan səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzadaki vəziyyət, HƏMAS və ABŞ Prezidenti Donald Trampla aparılan danışıqlar barədə ətraflı məlumat verib.

AzerVoice xəbər verir ki, Ərdoğan bildirib ki, Türkiyə illərdir Qəzzədə qan tökülməsinin dayandırılması və fələstinlilərin təhlükəsizliyinin təmin olunması üçün çalışır.

“Fələstinlilər yaxşı bilirlər ki, Türkiyə onların maraqlarını qoruyur və müdafiə edir. Qəzzədə baş verən faciənin dayandırılması üçün daim səylər göstəririk. HƏMAS-la mütəmadi əlaqədəyik və Fələstinin gələcəyi üçün ən düzgün addımların hansı olmalı olduğunu izah edirik.”-deyə Ərdoğan bildirib.

Prezident əlavə edib ki, ABŞ lideri Donald Trampla həm BMT görüşündə, həm də telefon danışıqlarında Qəzzədə sülhün necə təmin edilə biləcəyini müzakirə edib.

“Tramp bizdən HƏMAS-la danışıb onları razı salmağımızı istədi. Biz dərhal bu istiqamətdə hərəkət etdik. HƏMAS sülh və danışıqlar üçün hazır olduğunu bildirdi. Bu, çox dəyərli addımdır. Amma İsrail tərəfindən bu günə qədər eyni müsbət münasibəti görmürük. İki dövlətli həll prinsipinə əsaslanaraq problemi aradan qaldırmağa çalışacağıq.”-deyə o qeyd edib.

Prezident Qəzzədə planlaşdırılan “Sülh Şurası” və “Beynəlxalq Sabitlik Qüvvəsi”ndə Türkiyənin iştirakı ilə bağlı suala belə cavab verərək, “Bizim üçün əsas məqsəd tezliklə hərtərəfli atəşkəsin təmin edilməsidir. Qəzzəyə humanitar yardımların maneəsiz çatdırılması və dağıdılmış infrastrukturun bərpası prioritetdir. Təhlükəsizliyin hansı üsulla təmin ediləcəyi və sabitlik qüvvəsinin necə qurulacağı məsələsi Şarm əl-Şeyxdə müzakirə olunur. Biz bütün sülh təşəbbüslərinə dəstək verməyə hazırıq.”-deyib.

Ərdoğan bildirib ki, Milli Kəşfiyyat Təşkilatının (MİT)rəhbəri də bu müzakirələrdə iştirak edir və oradan çıxacaq nəticələrin mühüm əhəmiyyət daşıyacağını vurğulayıb.

“Ümid edirik ki, İsrail öhdəliklərinə sadiq qalacaq və barışı pozacaq addımlar atmayacaq.”-deyə Ərdoğan qeyd edib.

Türkiyə Prezident “Əzm Donanması” hadisəsinə də toxunaraq bildirib ki,“Flotiliya Qəzzaya humanitar yardım aparırdı, lakin İsrail beynəlxalq hüququ pozaraq beynəlxalq sularda hücum etdi. Biz dərhal həm öz vətəndaşlarımızın, həm də digər ölkə nümayəndələrinin azad edilməsi üçün tədbir gördük. Türk Hava Yolları və dövlət qurumlarımız onlara tam dəstək göstərdi. Hər kəsin böyük fədakarlığı nəticəsində vətəndaşlarımız təhlükəsiz şəkildə ölkəyə qayıtdı.”

Ərdoğan əlavə edib ki, hadisə zamanı Türkiyə pilotsuz uçuş aparatları və gəmiləri vasitəsilə vəziyyəti real vaxt rejimində izləyib.

Ərdoğan eyni zamanda Qəzzada baş verənləri “bəşəriyyətin vicdan sınağı” adlandırıb.

“67 min insan həyatını itirib, 169 mindən çoxu yaralanıb. Amma dağıntılar altında qalanlarla bu rəqəmin 600 minə yaxın olduğu bildirilir. İsrailin etdikləri planlı soyqırımdır. Xəstəxanaları, məktəbləri, bazarları, ibadət yerlərini vurmaqla insanlıq tarixində qara iz buraxıb. Bu hadisələr qarşısında səssiz qalanlar da eyni dərəcədə məsuliyyət daşıyır.”-deyə Türkuyı Prezidenti əlavə edib.

Məqalədə: #Qəzza #Rəcəb Tayyib Ərdoğan #Qəzza zolağı #Donald Tramp #Türk Hava Yolları (THY) #HƏMAS #Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) #Qəzza hücumu #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Ərəb dövlətləri və Qəzza

Mövzu üzrə digər xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

4 Sentyabr 09:57

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.