Sudanda BMT-nin ərzaq yardımı daşıyan iki karvanına hücum olub
Sudanda minlərlə insan üçün nəzərdə tutulan BMT ərzaq yardımını daşıyan iki yük maşını həftəsonu hava hücumu nəticəsində məhv edilib. VOA xəbər verir ki, BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) hadisənin bazar günü Cənubi Kordofan əyalətinin Dilling şəhəri yaxınlığında baş verdiyini açıqlayıb. Təşkilat hücuma kimin məsuliyyət daşıdığını müəyyənləşdirməyib.
BMT üç ildən sonra Xartuma qayıdır: Humanitar fəaliyyətdə yeni mərhələ
Ümumdünya Ərzaq Proqramı (WFP) Sudandakı vəziyyəti “dünyanın ən böyük humanitar aclıq böhranı” kimi xarakterizə edib. Qeyd olunub ki, davam edən münaqişə, onun iqtisadi və humanitar fəsadları nəticəsində təxminən 45 milyonluq əhalinin 19 milyondan çoxu kəskin ərzaq təhlükəsizliyi problemi ilə üz-üzədir. Bununla yanaşı, proqram müharibə başlayandan bəri Port-Sudanda fəaliyyət göstərən ölkə ofisinin paytaxt Xartumda yenidən işə salındığını elan edib ki, bu da BMT-nin paytaxta geniş qayıdışı üçün hazırlıq mərhələsidir.
Sudan 900 günlük döyüşdən sonra dünyanın ən ağır humanitar böhranı ilə üz-üzədir
Sudanda artıq üçüncü ildir ki, qanlı vətəndaş müharibəsi davam edir. Döyüşlər nəticəsində 20 mindən çox insan həlak olub, təxminən 15 milyon nəfər isə məcburi köçkünə çevrilib. 900 gün davam edən müharibə təhsili, səhiyyəni və digər əsas xidmətləri demək olar ki, tamamilə dağıdıb - çoxlu sayda xəstəxana, məktəb və ictimai müəssisələr bombalanıb. Sudan ordusu ilə “Sürətli Dəstək Qüvvələri” (RSF) arasında 2023-cü ilin aprelindən bəri davam edən qarşıdurmalar xüsusilə son həftələrdə Kordofan bölgəsində daha da şiddətlənib.
Yaxın Şərq və Şimali Afrikada 33 milyondan çox insan aclıqdan əziyyət çəkir - BMT
BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) cümə axşamı bildirib ki, Yaxın Şərq və Şimali Afrika bölgəsində 33 milyondan çox insan aclıq və qida təhlükəsizliyinin olmaması ilə üz-üzədir.