7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

Sudan 900 günlük döyüşdən sonra dünyanın ən ağır humanitar böhranı ilə üz-üzədir

Sudanda artıq üçüncü ildir ki, qanlı vətəndaş müharibəsi davam edir. Döyüşlər nəticəsində 20 mindən çox insan həlak olub, təxminən 15 milyon nəfər isə məcburi köçkünə çevrilib. 900 gün davam edən müharibə təhsili, səhiyyəni və digər əsas xidmətləri demək olar ki, tamamilə dağıdıb - çoxlu sayda xəstəxana, məktəb və ictimai müəssisələr bombalanıb. Sudan ordusu ilə “Sürətli Dəstək Qüvvələri” (RSF) arasında 2023-cü ilin aprelindən bəri davam edən qarşıdurmalar xüsusilə son həftələrdə Kordofan bölgəsində daha da şiddətlənib.

24 Oktyabr 2025 13:01
Sudan 900 günlük döyüşdən sonra dünyanın ən ağır humanitar böhranı ilə üz-üzədir

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

Sudanda artıq üçüncü ildir ki, qanlı vətəndaş müharibəsi davam edir. Döyüşlər nəticəsində 20 mindən çox insan həlak olub, təxminən 15 milyon nəfər isə məcburi köçkünə çevrilib. 900 gün davam edən müharibə təhsili, səhiyyəni və digər əsas xidmətləri demək olar ki, tamamilə dağıdıb - çoxlu sayda xəstəxana, məktəb və ictimai müəssisələr bombalanıb. Sudan ordusu ilə “Sürətli Dəstək Qüvvələri” (RSF) arasında 2023-cü ilin aprelindən bəri davam edən qarşıdurmalar xüsusilə son həftələrdə Kordofan bölgəsində daha da şiddətlənib.

Son aylarda RSF-nin nəzarət etdiyi ərazilər sürətlə daralıb, ordu isə paytaxt Xartum və Ağ Nil vilayəti də daxil olmaqla, bir çox bölgələrdə mövqelərini gücləndirib.

BMT: “Sudan dünyadakı ən ağır humanitar vəziyyətlərdən birini yaşayır”

BMT-nin dörd əsas qurumu - Beynəlxalq Miqrasiya Təşkilatı (IOM), Qaçqınlar üzrə Ali Komissarlıq (UNHCR), Uşaq Fondu (UNICEF) və Dünya Ərzaq Proqramı (WFP) - birgə hesabatlarında bildiriblər ki, Sudan bu gün dünyanın ən ağır fövqəladə vəziyyətlərindən biri ilə üzləşib.Hesabata görə, 30 milyondan çox insan humanitar yardıma ehtiyac duyur, onların arasında 9,6 milyon daxili qaçqın və 15 milyon uşaq var.

Təxminən 2,6 milyon insan döyüşlərin nisbətən səngidiyi bölgələrə geri dönsə də, çoxları evlərini dağılmış, xidmətləri isə iflic vəziyyətdə tapıblar.

BMT qurumlarının məlumatına görə, müharibə ölkənin əsas xidmətlərini tam dağıdıb. 17 milyon məktəb yaşlı uşaqdan 14 milyonu artıq təhsildən kənarda qalıb.

Hesabatda deyilir ki, “bütün icmalar köç etmək məcburiyyətində qalıb, ailələr həyatda qalmaq üçün evlərini tərk ediblər. Uşaqlar aclıqdan və qarşısı alına bilən xəstəliklərdən ölürlər.”

Xartumda son aylarda nisbi sakitlik yarandığı üçün 1 milyondan çox qaçqın paytaxta qayıdıb, lakin BMT xəbərdarlıq edir ki, bu, həm dözümlülük göstəricisi, həm də təhlükəli vəziyyətin əlamətidir.

“Mən Xartuma qayıdan insanlarla görüşdüm - şəhər hələ də müharibənin izlərini daşıyır, evlər dağılıb, xidmətlər demək olar ki, işləmir. İnsanların yenidən qurmaq əzmi təqdirəlayiqdir, amma həyat çox kövrəkdir.”-deyə Beynəlxalq Miqrasiya Təşkilatının əməliyyatlar üzrə baş direktor müavini Oqoçi Deniels bildirib
Onun sözlərinə görə, xolera, denqe və malyariya kimi xəstəliklərin yayılması təmiz suya və səhiyyəyə təcili sərmayə yatırmağı zəruri edir.

“Ailələrdə dəstək az, aclıq dərinləşir”

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının müavini Kelli Klements isə Port Sudanda və Xartum ətrafında yerləşən düşərgələrə səfər edib. “Milyonlarla insan ölkə daxilində və xaricdə qaçqındır. Qayıdan ailələr çox az dəstək alır və seçim imkanları demək olar ki, yoxdur.”-deyə o bildirib. Klements əlavə edib ki, Darfur və Kordofan bölgələrində vəziyyət xüsusilə ağırdır.

Onun sözlərinə görə, ərzaq, su və tibbi yardım çatışmır. “Fəşir şəhərində 260 min mülki şəxs, o cümlədən 130 min uşaq, 16 aydan çoxdur ki, aclıq və xəstəlik içində mühasirədədir.”-deyə o bildirib.

Məqalədə: #UNICEF #Çevik Dəstək Qüvvələri #Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) #Sudan iqtisadi inkişaf #Çevik Dəstək Qüvvələri (RSF) #Sudan ordusu və RSF münaqişəsi #Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı (WFP) #Sudanda xolera epidemiyası #Sudanda səhiyyə böhranı #Sürətli Dəstək Qüvvələri (HDK) #Sudan toqquşmaları #UNHCR #WFP #IOM

Mövzu üzrə digər xəbərlər

Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
Suriya

Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb

4 Sentyabr 15:19
Sudanda BMT-nin ərzaq yardımı daşıyan iki karvanına hücum olub
Sudan

Sudanda BMT-nin ərzaq yardımı daşıyan iki karvanına hücum olub

3 Sentyabr 10:34
İƏT-in yeni baş katibi İsmail Vələd Şeyx Əhməd kimdir?
Digər şəxsiyyətlər

İƏT-in yeni baş katibi İsmail Vələd Şeyx Əhməd kimdir?

27 Avqust 17:56
Sudanda ölüm kameralarında 5 ay: Qadın jurnalistlərin həbsxana şəraiti necədir?
Sudan

Sudanda ölüm kameralarında 5 ay: Qadın jurnalistlərin həbsxana şəraiti necədir?

15 Avqust 17:18

Son Xəbərlər

BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
16:09
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
16:04
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
15:58
Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib
Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib
15:55
"44" bədii filminin premyerasının vaxtı məlum olub
"44" bədii filminin premyerasının vaxtı məlum olub
15:47
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.