Tramp Putinə hələ də qəzəblidir- ABŞ mediası
“Axios” nəşri ABŞ rəsmilərinə istinadən, prezident Donald Trampın 15 avqustda Vladimir Putinlə Alyaskada keçirəcəyi görüşdə razılıq əldə olunmazsa, Rusiya iqtisadiyyatını “məhv etməyə” cəhd göstərə biləcəyini bildirib. Məlumata görə, adı açıqlanmayan rəsmi Trampın Putinə hələ də “qəzəbli” olduğunu və diplomatik səylər uğursuz olarsa, Ukraynaya NATO ölkələri vasitəsilə silah axınını davam etdirəcəyini deyib. Ağ Evdə açıqlama verən Tramp isə görüşdən atəşkəs gözlədiyini, müzakirələrin “çox konstruktiv” keçəcəyinə inandığını bildirib.
Tramp Zelenski və Avropa Liderləri ilə Onlayn Görüş Keçirəcək
ABŞ Prezidenti Donald Tramp cümə günü Rusiya Prezidenti Vladimir Putin ilə Alyaskada görüş keçirəcək. Tramp bu gün Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri ilə onlayn görüşdə iştirak edəcək. Tramp Zelenski və bəzi Avropa liderlərinin qatılacağı onlayn görüşdə Putinlə keçirəcəyi sammit öncəsi son vəziyyəti müzakirə edəcək. ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin 15 avqust cümə günü Alyaska ştatının Ankoric (Anchorage) şəhərində bir araya gələcəklər.
Lavrov və Rubio Tramp-Putin görüşünü müzakirə ediblər
Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Tramp Putinlə Alyaska görüşündən müsbət nəticə gözləyir
Tramp mətbuat konfransında “Vladimir Putinlə danışacağam və ona bu müharibəni bitirməli olduğunu deyəcəyəm” sözlərini səsləndirib, ən qısa zamanda atəşkəs əldə olunmasının vacibliyini vurğulayıb. O, həmçinin Ukrayna prezidenti Zelenskinin ərazi güzəştlərinin konstitusiya təsdiqini tələb etməsi ilə bağlı bəyanatından bir az narahat olduğunu bildirib. Trampın komandası Alyaska sammitinə İkinci Dünya Müharibəsindən sonra Avropanın xəritəsini formalaşdıran Yalta sammiti kimi önəm verir. Bu sammitdə Tramp, Putinlə yanaşı, Avropa məsələlərini müzakirə edəcək.
Cümə günü Putinlə görüşəcəyəm - Tramp
ABŞ prezidenti Donald Tramp, avqustun 15-də Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırdığını təsdiqləyib. Tramp görüşün Rusiyada keçiriləcəyini bildirib.
Putin-Tramp görüşü üçün hazırlıqlar davam edir
Kremlin müşaviri Yuri Uşakov yaxın günlərdə Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında ikitərəfli görüşün keçiriləcəyini açıqlayıb. Uşakov bildirib ki, Amerika tərəfinin təklifi ilə görüşün ən yüksək səviyyədə təşkil olunması barədə razılıq əldə olunub və hazırda konkret hazırlıqlar davam edir.
ABŞ Ultimatumdan əvvəl Uitkoffu Moskvaya göndərib
ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinə verdiyi 10 günlük ultimatumun bitməsinə cəmi dörd gün qalmış Vaşinqtonun xüsusi nümayəndəsi Stiv Vitkoff Moskvaya səfər edib.
Putinə verdiyim 50 günlük müddəti qısaldacağam- Tramp
AzerVoice xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Şotlandiyanın Turnberi şəhərində Böyük Britaniyanın baş naziri Keir Starmeri qəbul edərkən jurnalistlərə verdiyi açıqlamalarda Ukrayna və Qəzza mövzusuna toxunub.
Tramp və Putin arasında görüşün keçirilməsi zəruridir - Peskov
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş zəruridir.
ABŞ-la münasibətlərdə sürətli irəliləyiş gözlənilmir - Kreml
Kreml ABŞ-la münasibətlərin yaxşılaşdırılması istiqamətində səylərin yaxın vaxtda nəticə verəcəyinə inamın zəif olduğunu bildirib.