Türkiyə Silahlı Qüvvələrinin inventarına Bayraktar TB-3 SİHA daxil edilib
Türkiyə Silahlı Qüvvələrinin modernləşdirilməsi çərçivəsində Bayraktar TB-3 Silahlı PUA-lar (SİHA) inventara daxil edilib. Bu barədə Türkiyə Milli Müdafiyə Nazirliyi Quru Qoşunları Komandanlığına Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri və Nazirliyin sözçüsü kontr-admiral Zeki Aktürk məlumat verib. MN-nin açıqlamasına görə, Bayraktar TB-3 və digər yeni silah sistemləri ordunun əməliyyat qabiliyyətinin artırılması və müdafiə sənayesinin inkişafının sürətləndirilməsi məqsədilə tətbiq olunub. Yeni sistemlər arasında həmçinin Lazer Axtarışlı Uzun Menzilli Tank Əleyhinə (L-UMTAS) raketləri, Orta Hündürlük Hava Hücumundan Müdafiə Sistemi (HİSAR-O), KARAOK Tank Əleyhinə Sistemi və modernləşdirilmiş M60T tankları var.
Türkiyənin yeni pilotsuz sistem sınağı uğurla başa çatıb
Baykar və ASELSAN tərəfindən milli imkanlarla inkişaf etdirilən qabaqcıl müdafiə texnologiyaları Aralıq dənizində həyata keçirilən kritik bir sınaqda bir daha özünü təsdiqlədi. “Mavi Vətən” konsepsiyası çərçivəsində Türkiyənin dənizdə birgə əməliyyat qabiliyyətini nümayiş etdirən test zamanı yüksək koordinasiya və dəqiqliklə icra edilmiş əməliyyat uğurla başa çatdı.
Türkiyənin Afrikada yüksələn gücü: Təhlükəsizlik əməkdaşlığı yeni mərhələyə keçir
Türkiyə Səhil bölgəsində – Mali, Burkina Faso, Niger və Çadda hərbi avadanlıq, PUA və xüsusi təhlükəsizlik şirkətləri vasitəsilə nüfuzunu artırır. Ankaranın müdafiə sənayesinə əsaslanan strategiyası Fransa və Rusiyaya qarşı yeni alternativ yaradır.