10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri
Türk Dövlətləri

AK Partinin seçki bəyannaməsi Ankarada açıqlanacaq

27 Yanvar 2024 15:16
AK Partinin seçki bəyannaməsi Ankarada açıqlanacaq

Bakı. AzerVoice:

Ədalət və İnkişaf partiyasının (AK Parti) seçki bəyannaməsi 30 yanvar tarixində Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən açıqlanacaq.

AzerVoice-un məlumatına görə, Ərdoğanın açıqlayacağı bəyannamədə “Əsl bələdiyyəçilik” vurğulanacaq. Başda zəlzələ olmaqla bütün fəlakətlərə davamlı şəhərlər üçün layihələr ön planda olacaq.

AK Partinin bəyannaməsi “Türkiyə Əsri üçün Əsl Bələdiyyəçilik” adı altında hazırlanıb. Səkkiz başlıqdan ibarət bəyannamədə partiyanın yerli idarəetmə baxışı izah edilir. Türk əsri urbanizmi ilə bağlı layihələr sıralanır, dayanıqlı şəhərlər vurğulanır. “Sosial bələdiyyəçilik” və “mədəniyyət yaradan şəhərlər” kimi bölmələrin də yer aldığı bəyannamədə xidmət və iş bələdiyyəsi ilə bağlı vədlər sadalanır. İştirakı, şəffaflığı və sosial rifahı prioritetləşdirən şəhər iqtisadiyyatları ön plana çıxır.

Bəyannamədə sahibsiz heyvanlarla bağlı hüquqi tənzimləmə öz əksini tapacaq. Bununla bağlı bələdiyyələrə verilən vəzifələr də ətraflı izah ediləcək.

AK Partinin seçki manifestində digər mühüm mövzu məhəllə uşaq bağçalarıdır. Məhəllə uşaq bağçalarının Türkiyə daxilində sürətlə genişlənəcəyi, beləliklə, xüsusilə işləyən anaların tələblərinin qarşılanacağı bildiriləcək.

Qeyd edək ki, Türkiyə Ali Seçki Şurası yanvarın 2-də seçkilərdə iştirak edə biləcək siyasi partiyaları açıqlayıb. 2024-cü il yanvarın 27-də siyasi partiyaların birləşmiş seçki bülletenindəki yeri müəyyənləşib.

Fevralın 7-də seçici vərəqələri dəqiqləşdiriləcək, seçicilərin səs verəcəyi yerlərin və qutuların müəyyənləşdirilməsinə başlanacaq və bu proses fevralın 11-də yekunlaşacaq. Siyasi partiyalar namizəd siyahılarını fevralın 20-si, çərşənbə axşamı yerli vaxtla saat 18.00-dək təqdim edəcəklər. Yekun namizəd siyahıları vilayət və rayon seçki şuraları tərəfindən 3 mart bazar günü elan ediləcək.

Martın 21-də qadağalar başlayacaq. Səsvermə günü martın 31-də keçiriləcək.

Məqalədə: #Ankara #AK Parti

Mövzu üzrə digər xəbərlər

Numan Kurtulmuş İraqa gedir
Türkiyə

Numan Kurtulmuş İraqa gedir

9 Sentyabr 10:32
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Mədəniyyət

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub

8 Sentyabr 10:22
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.