10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri
Türk Dövlətləri

Qırğızıstan və Türkiyə arasında nəqliyyatda yeni addımlar atılacaq

8 Fevral 2024 14:50
Qırğızıstan və Türkiyə arasında nəqliyyatda yeni addımlar atılacaq

Bakı. AzerVoice:

Qırğızıstan və Türkiyə arasında avtomobil nəqliyyatında yeni addımlar atılacaq.

AzerVoice-un məlumatına görə, bu sözləri Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

Uraloğlu, Qırğızıstanın nəqliyyat və kommunikasiya naziri Tilek Tekebaev və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.

Türkiyə-Qırğızıstan Qarışıq İqtisadi Komissiyasının 11-ci Toplantısı üçün Ankarada Qırğızıstanlı həmkarını qəbul edən Uraloğlu görüş zamanı Türkiyə və Qırğızıstanın çətin və dəyərli bir coğrafiyada yerləşdiyini bildirib.

Türk Dövlətləri Təşkilatının son vaxtlar üzərinə götürdüyü rolun çox dəyərli olduğuna diqqət çəkən Uraloğlu qeyd edib ki, ilk dəfə bir masa ətrafında toplanırıq. Biz buna "Türkiyə Əsri" deyirik, Türk dövlətlərinin təşkilatları buna "Türk Ərsi" deyirlər.

Yol nəqliyyatı baxımından atılacaq yeni addımların da iki ölkə arasında əlaqələrin inkişafına əhəmiyyətli töhfələr verəcəyini bildirən Uraloğlu vurğulayıb ki, təchizat zəncirindəki dəyişikliklər və avtomobil daşımalarına artan tələbat nəzərə alınaraq, ölkələrlə şərq və qərb arasındakı ticarət yaxşılaşacaq, Orta Dəhliz güclənəcək.

Qırğızıstanın nəqliyyat və kommunikasiya naziri Tilek Tekebaev də logistikanın iqtisadiyyatın mühüm bir hissəsi olduğunu vurğulayıb.

"Görüşlərimiz çox məhsuldar keçdi. Qırğızıstanla Türkiyə arasında ticarət əlaqələri son zamanlar sürətlə artmaqdadır. Biz bunun ən yaxşı nümunəsini yükdaşımaların artmasında görürük. İki ölkə arasında avtomobil daşımaları sahəsində də bağlanacaq razılaşmalar çox böyükdür. Türkiyə ilə əməkdaşlığı gücləndirməyə çalışırıq. Türkiyə Respublikası ilə Qırğızıstan Respublikası arasında nəqliyyat sahəsində əməkdaşlıq artırılacaq",- deyə nazir bildirib.

​Qeyd edək ki, Quru Nəqliyyatı Müştərək Komissiyasının iclası sonuncu dəfə 2021-ci ildə keçirilib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Qırğızıstan və Türkiyə arasında nəqliyyatda yeni addımlar atılacaq
Məqalədə: #Türkiyə #Qırğızıstan #Abdulkadir Uraloğlu

Mövzu üzrə digər xəbərlər

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

14:02
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Biznes

Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır

10:37
Numan Kurtulmuş İraqa gedir
Türkiyə

Numan Kurtulmuş İraqa gedir

9 Sentyabr 10:32
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Mədəniyyət

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub

8 Sentyabr 10:22

Son Xəbərlər

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
13:49
Yaxın Şərqdə gərginliyə baxmayaraq, Səudiyyə sənaye iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir
Yaxın Şərqdə gərginliyə baxmayaraq, Səudiyyə sənaye iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir
13:38
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
13:37
Taifdəki dəvə bir qaçışa milyonçu oldu
Taifdəki dəvə bir qaçışa milyonçu oldu
11:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.