13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri
Türk Dövlətləri

Türk Mədəniyyəti və İrsi Fondu Bəxtiyar Vahabzadənin yubiley tədbirində iştirak edib

21 May 2025 14:21
Türk Mədəniyyəti və İrsi Fondu Bəxtiyar Vahabzadənin yubiley tədbirində iştirak edib

BAKI, AzerVoice

18 may 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Şəki şəhərinə səfəri çərçivəsində Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi münasibətilə keçirilən konfransda iştirak edib.

AzerVoice xəbər verir ki, konfrans Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamına uyğun olaraq AMEA və Mahmud Kaşğari adına Beynəlxalq Fondun əməkdaşlığı çərçivəsində təşkil olunub.

Konfransdan öncə iştirakçılar Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər və əziz xatirəsini dərin ehtiramla yad ediblər. Ardınca konfransın keçirildiyi Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Konfransda çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Fondun türk dünyasının mədəni irsinin qorunması və təbliği istiqamətində həyata keçirdiyi fəaliyyətlərdən bəhs edərək, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamına müvafiq olaraq Fond tərəfindən nəşr edilən “Özümüzü kəsən qılınc” əsərini böyük ədəbi və mənəvi hadisə kimi qiymətləndirib, şairin yaradıcılığını türk ruhunun canlı səsi adlandırıb.

Tədbirdə Azərbaycan Respublikası Şəki şəhəri İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Azərbaycan Respublikası Milli Məclisin deputatı, Mahmud Kaşğari adına Beynəlxalq Fondun prezidenti Cavanşir Feyziyev, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli, TÜRKPA-nın Baş katibi Mehmet Sürəyya Ər, TÜRKSOY-un Baş katibi Sultan Rayev, Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel, Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün çıxış edərək Bəxtiyar Vahabzadənin yaradıcılığından geniş söz açıblar.

Sonda Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Heydər Əliyev Mərkəzinin muzeyinə Bəxtiyar Vahabzadənin Fond tərəfindən nəşr edilən “Özümüzü kəsən qılınc” əsərinin nüsxələri hədiyyə edilib.

Türk Mədəniyyəti və İrsi Fondu Bəxtiyar Vahabzadənin yubiley tədbirində iştirak edib Türk Mədəniyyəti və İrsi Fondu Bəxtiyar Vahabzadənin yubiley tədbirində iştirak edib Türk Mədəniyyəti və İrsi Fondu Bəxtiyar Vahabzadənin yubiley tədbirində iştirak edib Türk Mədəniyyəti və İrsi Fondu Bəxtiyar Vahabzadənin yubiley tədbirində iştirak edib Türk Mədəniyyəti və İrsi Fondu Bəxtiyar Vahabzadənin yubiley tədbirində iştirak edib Türk Mədəniyyəti və İrsi Fondu Bəxtiyar Vahabzadənin yubiley tədbirində iştirak edib Türk Mədəniyyəti və İrsi Fondu Bəxtiyar Vahabzadənin yubiley tədbirində iştirak edib Türk Mədəniyyəti və İrsi Fondu Bəxtiyar Vahabzadənin yubiley tədbirində iştirak edib Türk Mədəniyyəti və İrsi Fondu Bəxtiyar Vahabzadənin yubiley tədbirində iştirak edib
Məqalədə: #Aktotı Raimkulova #Türk Mədəniyyəti və İrsi Fondu

Mövzu üzrə digər xəbərlər

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
03:00
Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.