9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri
Türk Dövlətləri

Fəallara konsulluq dəstəyi göstərilib - Türkiyə XİN

10 İyun 2025 10:38
Fəallara konsulluq dəstəyi göstərilib - Türkiyə XİN

BAKI, AzerVoice

Türkiyə Xarici İşlər Nazirliyi, İsrailin Qəzzaya humanitar yardım aparan “Madleen” yelkənlisində saxladığı 12 fəalın dünən axşam sahilə çıxdığını bildirib.

AzerVoice xəbər verir ki, nazirlik mənbələrinin verdiyi məlumata görə, Tel-Əvivdəki səfirlik rəsmiləri bu səhər saatlarında Türkiyə vətəndaşları ilə görüşüblər.

Nazirlik rəsmiləri fəalların yaxınlarına mütəmadi olaraq vəziyyətlə bağlı məlumat verildiyini və onlara bütün konsulluq dəstəyinin göstərildiyini qeyd ediblər.

Qeyd edək ki, “Azadlıq Donanması Koalisiyası (Freedom Flotilla Coalition)” adlı vətəndaş cəmiyyəti təşkilatının Qəzzaya tətbiq olunan blokadanı yararaq bölgəyə yardım çatdırmaq məqsədilə həyata keçirdiyi son missiya çərçivəsində 18 metrlik gəmi 1 iyun tarixində İtaliyanın Kataniya şəhərindəki San Covanni Li Kuti Limanından Qəzzaya doğru yola çıxmışdı.

“Madleen” gəmisindəki aktivistlər, İsrail ordusunun müdaxiləsi halında sülhsevər mövqe tutacaqlarını və müqavimət göstərməyəcəklərini əvvəlcədən bəyan etmişdilər.

İsrail ordusu Qəzzaya tətbiq olunan blokadanı pozmaq məqsədi daşıyan “Madleen” gəmisinə müdaxilə etmişdi.

Gəmidə Avropa Parlamentinin fransız üzvü Rima Hassan və Almaniya vətəndaşı Yasemin Acarla yanaşı, Türkiyədən Hüseyn Şüayb Ordu, Braziliyadan Tiago Avila, İspaniyadan Serxio Toribio, Niderlanddan Marko van Rennes, Fransadan Baptist Andre, Reva Viard, Paskal Muriéras və Yanis Mhamdi, İsveçli iqlim fəalı Qreta Tunberq və jurnalist Omar Faiad daxil olmaqla 12 nəfər olub.

Məqalədə: #İsrail #Türkiyə Xarici İşlər Nazirliyi #Tel-Əviv #humanitar yardım #humanitar böhran #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Humanitar fəlakət Qəzza #Qəzzada humanitar böhran #Madleen gəmisi yardım missiyası

Mövzu üzrə digər xəbərlər

Numan Kurtulmuş İraqa gedir
Türkiyə

Numan Kurtulmuş İraqa gedir

10:32
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Mədəniyyət

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub

8 Sentyabr 10:22
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27

Son Xəbərlər

Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
10:35
Numan Kurtulmuş İraqa gedir
Numan Kurtulmuş İraqa gedir
10:32
BƏƏ Nepalda axtarış-xilasetmə və humanitar yardım əməliyyatlarını gücləndirib
BƏƏ Nepalda axtarış-xilasetmə və humanitar yardım əməliyyatlarını gücləndirib
10:26
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
10:14
İraq və Ermənistan ikitərəfli əməkdaşlığın gücləndirilməsi ilə bağlı iki memorandum imzalayıb
İraq və Ermənistan ikitərəfli əməkdaşlığın gücləndirilməsi ilə bağlı iki memorandum imzalayıb
10:11
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.