14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri
Türk Dövlətləri

Türk Silahlı Qüvvələri Qəzzada sülhün qorunması üçün hər cür vəzifəyə hazırdır - Türkiyə MN

Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) mənbələri, ölkənin Qəzzada yaradılması planlaşdırılan beynəlxalq müşahidə qüvvəsində yer alıb-almayacağı ilə bağlı açıqlama yayıb. Nazirlik bildirib ki, Türkiyə Silahlı Qüvvələri (TSQ) sülhün bərqərar edilməsi və qorunması sahəsində böyük təcrübəyə malikdir və üzərinə düşəcək hər cür vəzifəni yerinə yetirməyə hazırdır.

16 Oktyabr 2025 14:23
Türk Silahlı Qüvvələri Qəzzada sülhün qorunması üçün hər cür vəzifəyə hazırdır - Türkiyə MN

BAKI, AzerVoice, Nailə Babazadə

Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) mənbələri, ölkənin Qəzzada yaradılması planlaşdırılan beynəlxalq müşahidə qüvvəsində yer alıb-almayacağı ilə bağlı açıqlama yayıb. Nazirlik bildirib ki, Türkiyə Silahlı Qüvvələri (TSQ) sülhün bərqərar edilməsi və qorunması sahəsində böyük təcrübəyə malikdir və üzərinə düşəcək hər cür vəzifəni yerinə yetirməyə hazırdır.

AzerVoice xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın HƏMAS ilə İsrail arasında əldə edilən atəşkəs razılaşmasının icrasına nəzarət edəcək beynəlxalq qüvvədə Türkiyənin də iştirak edəcəyini açıqlamasından sonra, Ankara hökumətinin bu prosesdəki rolu və mümkün töhfələri diqqət mərkəzinə çevrilib.

MSB-nin açıqlamasında qeyd olunub ki, Türk Silahlı Qüvvələri bu günə qədər dünyanın müxtəlif bölgələrində həyata keçirilən çoxsaylı beynəlxalq missiyalarda uğurla iştirak edib və sülhün qorunması sahəsində etibarlı tərəfdaş kimi tanınıb.

“Türk Silahlı Qüvvələri bu günə qədər beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması məqsədilə müxtəlif təşkilatlar tərəfindən həyata keçirilən çoxsaylı missiyalarda iştirak etmiş, peşəkarlığı və ədalətli mövqeyi ilə bütün tərəflərin etimadını qazanmışdır,” – açıqlamada qeyd olunub.

Qeyd edək ki, Türkiyə tərəfi atəşkəsin möhkəmləndirilməsi, bölgədə sabitliyin təmin olunması və humanitar vəziyyətin yaxşılaşdırılması istiqamətində beynəlxalq əməkdaşlığa açıq olduğunu dəfələrlə vurğulayıb.

Məqalədə: #Qəzza #Qəzza zolağı #Türkiyə Silahlı Qüvvələri #Türkiyə Milli Müdafiə Nazirliyi #HƏMAS #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Qəzzada humanitar böhran

Mövzu üzrə digər xəbərlər

Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edəcək
Suriya

Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edəcək

11:33
Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
İslam və həyat: Şəriət, tarix, əxlaq

Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?

13 Sentyabr 18:00
Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21

Son Xəbərlər

Qətər süni intellekt infrastrukturu reytinqində birinci olub
Qətər süni intellekt infrastrukturu reytinqində birinci olub
21:14
Qətər və Böyük Britaniya müdafiə əməkdaşlığını gücləndirir
Qətər və Böyük Britaniya müdafiə əməkdaşlığını gücləndirir
21:06
Ər-Riyadda “Expo Village” üçün 853 milyon dollarlıq layihə həyata keçiriləcək
Ər-Riyadda “Expo Village” üçün 853 milyon dollarlıq layihə həyata keçiriləcək
21:01
Könül Xasıyeva sənətinin ərəb musiqisindəki dəqiq analoqu kimdir?
Könül Xasıyeva sənətinin ərəb musiqisindəki dəqiq analoqu kimdir?
20:58
Ölkəmiz qonşulara qarşı hücum meydanına çevrilməyəcək - İraq
Ölkəmiz qonşulara qarşı hücum meydanına çevrilməyəcək - İraq
20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.