11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri
Türk Dövlətləri

Aşqabadda Türkiyənin turizm həftəsi keçirilir

Türkiyənin turizm potensialının tanıdılması məqsədilə Aşqabadda xüsusi tədbir təşkil olunub. Məlumata əsasən, hər il 15–22 aprel tarixlərini əhatə edən bu həftə turizm sahəsinin iqtisadi, sosial və mədəni əhəmiyyətini artırmaq məqsədi daşıyır. Tədbir Türkiyənin səfirliyi, Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Turizmin Təşviqi və Tanıdılması Agentliyi tərəfindən təşkil olunub.

15 Aprel 2026 11:52
Aşqabadda Türkiyənin turizm həftəsi keçirilir

BAKI,VOA, Fərid Mikayılov

Türkiyənin turizm potensialının tanıdılması məqsədilə Aşqabadda xüsusi tədbir təşkil olunub.

VOA xəbər verir ki, 14 aprel 2026-cı il tarixində Türkiyənin Aşqabad şəhərindəki səfirliyinin Mədəniyyət Mərkəzində Türkiyənin Turizm Həftəsinin açılış mərasimi keçirilib.

Məlumata əsasən, hər il 15–22 aprel tarixlərini əhatə edən bu həftə turizm sahəsinin iqtisadi, sosial və mədəni əhəmiyyətini artırmaq məqsədi daşıyır. Tədbir Türkiyənin səfirliyi, Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Turizmin Təşviqi və Tanıdılması Agentliyi tərəfindən təşkil olunub.

Qeyd olunub ki, mərasimdə xarici ölkələrin diplomatları, ictimaiyyət nümayəndələri və media təmsilçiləri iştirak ediblər. Tədbirdə Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Nadir Alparslan da iştirak edib.

Bildirilib ki, Türkiyənin Aşqabaddakı səfiri Ahmet Demirok çıxışında ölkəsinin coğrafi mövqeyi, zəngin tarixi-mədəni irsi və turizm imkanları ilə dünyanın aparıcı turizm istiqamətlərindən biri olduğunu vurğulayıb.

Məlumata görə, çıxış edənlər turizmin xalqlar arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynadığını qeyd edib, Türkiyə ilə Türkmənistan arasında münasibətlərin dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını bildiriblər.

Qeyd edilib ki, tədbir çərçivəsində qonaqlara ənənəvi türk mətbəxinə aid müxtəlif təamlar təqdim olunub.

Məqalədə: #Türkiyə #Aşqabad #Türkmənistan #Türkiyə Mədəniyyət və Turizm Nazirliyi

Mövzu üzrə digər xəbərlər

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

16:21
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

09:53

Son Xəbərlər

İsrail ordusu Hizbullahın imkanlarını bərpa etməsinə imkan verməyəcəyini bildirib
İsrail ordusu Hizbullahın imkanlarını bərpa etməsinə imkan verməyəcəyini bildirib
19:11
Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
18:59
Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir
Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir
18:34
Misir Menkaura piramidasını müvəqqəti bağlayır
Misir Menkaura piramidasını müvəqqəti bağlayır
18:17
Hörmüz boğazı ilə bağlı regional toplantı Omanda keçiriləcək
Hörmüz boğazı ilə bağlı regional toplantı Omanda keçiriləcək
18:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.