12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri
Türk Dövlətləri

Emin Əmrullayev Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin 9-cu iclasında iştirak edib

Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının təhsil nazirlərinin 9-cu iclasında Türk dünyasında təhsil sahəsində inteqrasiyanın genişləndirilməsi, akademik mobilliyin artırılması və ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi əsas müzakirə mövzuları olub. Toplantıda iştirak edən elm və təhsil naziri Emin Əmrullayev təşkilat çərçivəsində həyata keçirilən layihələrin üzv ölkələr arasında elmi və təhsil əlaqələrinin inkişafına mühüm töhfə verdiyini bildirib. Görüş zamanı tələbə və müəllim mübadiləsi proqramları, vahid ali təhsil məkanının formalaşdırılması, universitetlərarası əməkdaşlığın genişləndirilməsi və yeni təhsil təşəbbüsləri ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanın ali təhsil sahəsində daha sistemli əməkdaşlıq mexanizmlərinin yaradılmasına dair təklifi də iştirakçılar tərəfindən diqqətlə qarşılanıb. İclasın yekununda təhsil sahəsində gələcək əməkdaşlıq istiqamətlərini müəyyən edən bir sıra strateji sənədlər qəbul olunub.

8 İyun 2026 18:00
Emin Əmrullayev Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin 9-cu iclasında iştirak edib

BAKI, VOA

İyunun 8-də Qazaxıstan Respublikasının Türküstan şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) Təhsil Nazirlərinin 9-cu iclası keçirilib.

VOA xəbər verir ki, Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyinin ev sahibliyi ilə təşkil olunan iclasa bu ölkənin elm və ali təhsil naziri Sayasat Nurbek sədrlik edib.

İclasda “Türk dünyası vizyonu – 2040”, “TDT Strategiyası 2022–2026”, eləcə də TDT Zirvə görüşləri və təhsil nazirlərinin iclaslarında qəbul edilmiş qərarlar çərçivəsində təhsil sahəsində çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Görüş zamanı Türk dünyasında təhsil inteqrasiyasının gücləndirilməsi, akademik mobilliyin artırılması, Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) fəaliyyətinin davamlılığının təmin edilməsi, həmçinin Türk Dünyası Ali Təhsil Məkanının yaradılması istiqamətində həyata keçirilən layihə və təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. Bundan başqa, iclasda ümumi təhsil sahəsində şagird və müəllim mübadilə proqramları da daxil olmaqla, birgə əməkdaşlıq imkanları müzakirə edilib.

İclasda çıxış edən elm və təhsil naziri Emin Əmrullayev TDT çərçivəsində elm və təhsil sahəsində əməkdaşlığın inkişafı istiqamətində həyata keçirilən işləri yüksək qiymətləndirib. Nazir ümumi və ali təhsil sahələrində irəli sürülən təşəbbüslərin TDT-yə üzv və müşahidəçi dövlətlər arasında akademik mobilliyin genişləndirilməsinə, universitetlərarası əlaqələrin gücləndirilməsinə, eləcə də Türk dünyasında təhsil sahəsində inteqrasiyanın dərinləşdirilməsinə töhfə verəcəyini bildirib. Nazir həmçinin Azərbaycanın Türk dünyasında ali təhsil sahəsində daha sistemli institusional əməkdaşlığın qurulmasına dair təşəbbüsünü təqdim edib.

İclasın yekununda 9-cu iclasın kommünikesi imzalanıb, bir sıra strateji sənəd və təşəbbüslər təsdiq edilib.

Emin Əmrullayev Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin 9-cu iclasında iştirak edib Emin Əmrullayev Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin 9-cu iclasında iştirak edib Emin Əmrullayev Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin 9-cu iclasında iştirak edib
Məqalədə: #Qazaxıstan #Türk Dövlətləri Təşkilatı #Emin Əmrullayev #Türküstan #təhsil nazirləri #elm və təhsil #akademik mobillik

Mövzu üzrə digər xəbərlər

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.