14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri
Türk Dövlətləri

Aktotı Raimkulova III Beynəlxalq Məqam Sənəti Forumu çərçivəsində keçirilən konfransda çıxış edib

24 iyun 2026-cı il tarixində Özbəkistan Respublikasının Namangan şəhərində keçirilən III Beynəlxalq Məqam Sənəti Forumu çərçivəsində “Şərq məqamının yeni tendensiyaları: ənənə və innovasiyanın qarşılıqlı əlaqəsi” mövzusunda beynəlxalq konfrans təşkil olunub.

24 İyun 2026 14:13
Aktotı Raimkulova III Beynəlxalq Məqam Sənəti Forumu çərçivəsində keçirilən konfransda çıxış edib

BAKI,VOA Orxan Qədirzadə

24 iyun 2026-cı il tarixində Özbəkistan Respublikasının Namangan şəhərində keçirilən III Beynəlxalq Məqam Sənəti Forumu çərçivəsində “Şərq məqamının yeni tendensiyaları: ənənə və innovasiyanın qarşılıqlı əlaqəsi” mövzusunda beynəlxalq konfrans təşkil olunub.

Tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova çıxış edərək türk dünyasının zəngin musiqi irsinin qorunması, öyrənilməsi və gələcək nəsillərə ötürülməsinin əhəmiyyətindən bəhs edib. O, Özbəkistan Respublikasının Türk dünyasının mədəni irsinin qorunması və inkişaf etdirilməsi istiqamətində xüsusi rolunu qeyd edib, həmçinin ölkədə mədəniyyət, incəsənət, elm və təhsilin dəstəklənməsi sahəsində həyata keçirilən işləri yüksək qiymətləndirib.

Aktotı Raimkulova çıxışında Fond tərəfindən mədəni irsin rəqəmsallaşdırılması sahəsində həyata keçirilən layihələrə, eləcə də Birinci Bakı Türkoloji Qurultayının 100 illiyinə həsr olunmuş beynəlxalq təşəbbüslərə xüsusi diqqət ayırıb. O vurğulayıb ki, müasir texnologiyalar və süni intellekt mədəni irsin, o cümlədən məqam sənətinin qorunması, öyrənilməsi və təbliği üçün yeni imkanlar yaradır

Forumun açılış mərasimində Özbəkistan Respublikasının Prezidenti tərəfindən irəli sürülən təşəbbüslərə xüsusi toxunan Aktotı Raimkulova Yeni Daşkənddə inşa olunan Məqam Mərkəzinə Ümumdünya Məqam Mərkəzi statusunun verilməsi, onun nəzdində Beynəlxalq Məqam Akademiyasının, Beynəlxalq Rəqəmsal Kitabxananın və elmi laboratoriyanın yaradılması, həmçinin Ümumdünya Məqam Antologiyasının hazırlanması ilə bağlı təklifləri yüksək qiymətləndirib. Onun sözlərinə görə, bu təşəbbüslərin həyata keçirilməsi dünya xalqlarının unikal musiqi irsinin qorunmasına və beynəlxalq səviyyədə tanıdılmasına mühüm töhfə verəcək.

Konfrans çərçivəsində müxtəlif ölkələrdən olan alimlər, musiqişünaslar, mədəniyyət xadimləri və beynəlxalq təşkilatların nümayəndələri Şərq məqam sənətinin müasir inkişaf istiqamətləri, ənənəvi musiqi irsinin qorunması, rəqəmsal texnologiyaların və innovativ yanaşmaların tətbiqi, eləcə də məqam sənətinin gənc nəsillər arasında təbliği məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

İştirakçılar tərəfindən yüksək qiymətləndirilən konfrans, Türk və Şərq musiqi ənənələrinin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi, elmi və mədəni əlaqələrin möhkəmləndirilməsi, habelə humanitar sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma kimi dəyərləndirilib.

Aktotı Raimkulova III Beynəlxalq Məqam Sənəti Forumu çərçivəsində keçirilən konfransda çıxış edib Aktotı Raimkulova III Beynəlxalq Məqam Sənəti Forumu çərçivəsində keçirilən konfransda çıxış edib Aktotı Raimkulova III Beynəlxalq Məqam Sənəti Forumu çərçivəsində keçirilən konfransda çıxış edib Aktotı Raimkulova III Beynəlxalq Məqam Sənəti Forumu çərçivəsində keçirilən konfransda çıxış edib Aktotı Raimkulova III Beynəlxalq Məqam Sənəti Forumu çərçivəsində keçirilən konfransda çıxış edib Aktotı Raimkulova III Beynəlxalq Məqam Sənəti Forumu çərçivəsində keçirilən konfransda çıxış edib Aktotı Raimkulova III Beynəlxalq Məqam Sənəti Forumu çərçivəsində keçirilən konfransda çıxış edib Aktotı Raimkulova III Beynəlxalq Məqam Sənəti Forumu çərçivəsində keçirilən konfransda çıxış edib Aktotı Raimkulova III Beynəlxalq Məqam Sənəti Forumu çərçivəsində keçirilən konfransda çıxış edib Aktotı Raimkulova III Beynəlxalq Məqam Sənəti Forumu çərçivəsində keçirilən konfransda çıxış edib
Məqalədə: #Aktotı Raimkulova #Türk Mədəniyyəti və İrsi Fondu #III Beynəlxalq Məqam Sənəti Forumu #Özbəkistan Respublikası #Özbəkistan Respublikasının Namangan şəhəri #Şərq məqamının yeni tendensiyaları: ənənə və innovasiyanın qarşılıqlı əlaqəsi mövzusu

Mövzu üzrə digər xəbərlər

Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edəcək
Suriya

Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edəcək

11:33
Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
İslam və həyat: Şəriət, tarix, əxlaq

Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?

13 Sentyabr 18:00
Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21

Son Xəbərlər

Qətər süni intellekt infrastrukturu reytinqində birinci olub
Qətər süni intellekt infrastrukturu reytinqində birinci olub
21:14
Qətər və Böyük Britaniya müdafiə əməkdaşlığını gücləndirir
Qətər və Böyük Britaniya müdafiə əməkdaşlığını gücləndirir
21:06
Ər-Riyadda “Expo Village” üçün 853 milyon dollarlıq layihə həyata keçiriləcək
Ər-Riyadda “Expo Village” üçün 853 milyon dollarlıq layihə həyata keçiriləcək
21:01
Könül Xasıyeva sənətinin ərəb musiqisindəki dəqiq analoqu kimdir?
Könül Xasıyeva sənətinin ərəb musiqisindəki dəqiq analoqu kimdir?
20:58
Ölkəmiz qonşulara qarşı hücum meydanına çevrilməyəcək - İraq
Ölkəmiz qonşulara qarşı hücum meydanına çevrilməyəcək - İraq
20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.