14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə 73 ildir NATO-nun güclü müttəfiqidir

17 Fevral 2025 13:01
Türkiyə 73 ildir NATO-nun güclü müttəfiqidir

Bakı, AzerVoice

1952-ci ildən etibarən NATO-nun üzvü olan Türkiyə, alyansın cənub cinahında strateji mövqeyi, güclü ordusu və əməliyyatlara verdiyi dəstəklə vacib rol oynayır.

Türkiyə 18 fevral 1952-ci ildə NATO-ya üzv qəbul edilib. Alyansın üçüncü ilində Yunanıstanla birlikdə qoşulan Türkiyə, hərbi gücü və coğrafi mövqeyi ilə NATO-nun müdafiə strategiyasında vacib yer tutur.

Ölkə hava, quru və dəniz imkanları baxımından NATO-nun ən güclü və unikal üzvlərindən biri hesab edilir. Eyni zamanda, Türkiyə alyansın icra etdiyi missiyalara ən çox töhfə verən ilk beş ölkə sırasında yer alır.

Türkiyə NATO-nun terrorizmlə mübarizə strategiyasına dəstək verərək DEAŞ, Əl-Qaidə, PKK/YPG və FETÖ kimi qruplaşmalara qarşı mübarizə aparır. Həmçinin, Kosovo Qüvvələri (KFOR) çərçivəsində 2023-2024-cü illərdə komandanlıq edib və bölgənin təhlükəsizliyinə töhfə verir.

EYni zamanda, Türkiyə NATO-nun İraq Təlim Missiyasına ən böyük kadr dəstəyi verən ölkələrdən biridir.

Türkiyə, NATO Daimi Dəniz Qrupu-2 və NATO Daimi Minalara Qarşı Mübarizə Dəniz Qrupu-2-yə komandanlıq edir və müttəfiqlərlə birgə keçirilən hərbi təlimlərdə aktiv iştirak edir.

Ölkə həmçinin NATO-nun tərəfdaş ölkələrin müdafiə potensialını gücləndirmə proqramlarına maliyyə və kadr yardımı edir. 2024-cü ildə müdafiə xərclərinin ÜDM-ə nisbəti 2,09% olaraq, NATO hədəfinə çatan 23 ölkədən biri olub.

Türkiyə NATO-nun vacib qərargah və təlim mərkəzlərinə ev sahibliyi edərək Alyansın quru, dəniz və təhlükəsizlik sahəsindəki fəaliyyətlərinə mühüm töhfə verir. İzmir NATO Müttəfiq Quru Komandanlığına (LANDCOM), İstanbul NATO-nun Çevik Yerləşdirilə bilən Korpusuna (NRDC-TÜR) və Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzinə, Ankara isə NATO-nun Terrorla Mübarizə Mükəmməllik Mərkəzinə və Sülh Naminə Tərəfdaşlıq Təlim Mərkəzinə ev sahibliyi edərək Alyansın müdafiə və təhlükəsizlik strukturlarının gücləndirilməsində mühüm rol oynayır.

Məqalədə: #Türkiyə #NATO #Ankara NATO Terrorla Mübarizə Mərkəzi #İzmir NATO Müttəfiq Quru Komandanlığı (LANDCOM) #NATO Daimi Minalara Qarşı Mübarizə Dəniz Qrupu-2 #NATO Daimi Dəniz Qrupu-2 #1952-ci il NATO üzvlüyü

Mövzu üzrə digər xəbərlər

Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
İslam və həyat: Şəriət, tarix, əxlaq

Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?

13 Sentyabr 18:00
Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06

Son Xəbərlər

Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik
Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik
09:00
Yuxuda köstəbək görmək
Yuxuda köstəbək görmək
08:00
Səudiyyə Ərəbistanı ilk milli avtomobil brendini sentyabrın 21-də təqdim edəcək
Səudiyyə Ərəbistanı ilk milli avtomobil brendini sentyabrın 21-də təqdim edəcək
07:56
İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi
İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi
07:26
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
02:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.