12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Aİ ilə güclü və strateji əməkdaşlıq üçün yeni dövr başlayır - Şimşək

2 Aprel 2025 21:00
Aİ ilə güclü və strateji əməkdaşlıq üçün yeni dövr başlayır - Şimşək

BAKI, AzerVoice

Türkiyə ilə Avropa İttifaqı arasında Yüksək Səviyyəli İqtisadi Dialoq, 6 ildən sonra yenidən başlayıb.

AzerVoice xəbər verir ki, Türkiyənin Xəzinə və Maliyyə Naziri Mehmet Şimşək, bu dialoqun bərpasının Türkiyə və Avropa Birliyi (AB) arasındakı iqtisadi əlaqələri daha da möhkəmləndirəcəyini və strateji əməkdaşlıq üçün yeni imkanlar yaradacağını bildirib.

Nazirin sözlərinə görə, Türkiyə, AB ilə daha güclü və daha strateji bir əməkdaşlığa hazırdır.

Yüksək Səviyyəli İqtisadi Dialoq Toplantısının ilk iclası sabah Brüsseldə keçiriləcək. İclasda, Mehmet Şimşək ilə yanaşı, Aİ-nin iqtisadiyyat və məhsuldarlıq komissarı Valdis Dombrovskis və AB-nin genişlənmə üzrə komissarı Marta Kos da iştirak edəcək. Bu görüş 6 illik fasilədən sonra baş tutacaq və ilk mərhələdə makroiqtisadi siyasətlər, rəqabət qabiliyyəti və struktur islahatları müzakirə olunacaq. İkinci hissədə isə, iş dünyasının nümayəndələri nazir və komissarlarla bir araya gələrək investisiya və ticarət imkanlarını araşdıracaqlar.

Şimşək görüşün əvvəlində sosial media hesabında etdiyi açıqlamada, “Dialoq hər iki tərəfin xeyrinədir və Türkiyənin güclü inteqrasiyası ilə Avropa Birliyində iqtisadi inteqrasiya daha yaxşı nəticə verəcək”- deyə bildirib. Nazir, həmçinin, qlobal ticarətdəki artan proteksionist meyllər və yeni inkişaf sahələri – e-ticarət, rəqəmsallaşma və yaşıl transformasiya haqqında da danışıb və Gömrük İttifaqının yenilənməsinin vacib olduğunu vurğulayıb. Bu, xüsusilə dövlət satınalmaları, xidmətlər və kənd təsərrüfatı sahələrini əhatə edəcək şəkildə həyata keçiriləcək.

Görüşdə Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Avropa İnkişaf Şurası Bankı kimi maliyyə qurumlarının yüksək səviyyəli rəhbərləri də iştirak edəcəklər. Nazir Şimşək, görüşlər zamanı həmçinin, Dombrovskis və Kos ilə ikitərəfli görüşlər keçirəcəyini və bu görüşlərdə əlaqələrin gələcəyinə dair daha ətraflı müzakirələr aparılacağını bildirib.

Türkiyənin Avropa İttifaqı ilə iqtisadi əlaqələrini gücləndirmək və genişləndirmək üçün həm dövlət, həm də özəl sektor səviyyəsində bir çox yeni təşəbbüslər nəzərdə tutulur. Şimşək, Türkiyə-AB əməkdaşlığının yeni dövrünün qlobal iqtisadiyyatın daha müsbət inkişafına təkan verəcəyini və Türkiyənin bu əməkdaşlığa olan töhfəsinin böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Qeyd edək ki, Aİ ilə Türkiyə arasında Yüksək Səviyyəli İqtisadi Dialoq mexanizmi ilk dəfə 2015-ci ildə yaradılıb. 2016, 2017 və 2019-cu illərdə keçirilən görüşlərdə tərəflər arasında iqtisadi və ticarət əlaqələrinin daha da dərinləşdirilməsi üçün mühüm addımlar atılıb. 6 ildən sonra bu dialoqun yenidən başlaması, hər iki tərəf üçün də əhəmiyyətli bir inkişaf mərhələsini təmsil edir.

Türkiye-AB Yüksek Düzeyli Ekonomik Diyaloğu 6 yıl sonra yeniden başlıyor.

Diyalog her iki tarafın da menfaatine olup Avrupa Birliği’nde ekonomik bütünleşme, Türkiye’nin güçlü entegrasyonu ile daha iyi sağlanacaktır.

Avrupa Birliği ile daha güçlü ve stratejik işbirliğine… https://t.co/Lt6yJon6RT

— Mehmet Simsek (@memetsimsek) April 2, 2025
Məqalədə: #Türkiyə #Brüssel #Mehmet Şimşek #Türkiyə Maliyyə və Xəzinə Nazirliyi #Avropa Birliyi

Mövzu üzrə digər xəbərlər

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.