13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə vətəndaş müharibəsində zədələnmiş Nəcaşi türbəsini yenidən bərpa edəcək

17 İyun 2024 13:42
Türkiyə vətəndaş müharibəsində zədələnmiş Nəcaşi türbəsini yenidən bərpa edəcək

Bakı. VOA:

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Efiopiyanın Tigray bölgəsində iki ilə yaxın davam edən vətəndaş müharibəsində böyük ziyan görən Kral Nəcaşi Əşamənin türbəsi, məscidi və 15 səhabənin məzarını bərpa edəcək.

VOA xəbər verir ki, Məkələ şəhərindən təxminən 60 kilometr aralıda yerləşən Nəcaşi kəndindəki bu türbə ərazisi 2018-ci ildə TİKA tərəfindən bərpa edilərək ziyarətçilərin istifadəsinə verilib.

TİKA-nın mədəniyyət sərvətləri sahəsində həyata keçirdiyi ən prestijli layihələrindən biri olan və uzunmüddətli ciddi bir bərpa prosesindən keçən türbə ərazisi abadlıq işləri və əlavə tikililərlə teksturasını qoruyub saxlayaraq yeni simasını qazanmışdı.

Təxminən iki ilə yaxındır çoxlu yerli və xarici qonağın ziyarət etdiyi məqbərəyə 2020-ci ilin noyabrında ölkənin şimalında başlanan hərbi əməliyyatdan sonra ciddi ziyan dəyib. Hücumlar zamanı məscidin minarəsi və türbənin günbəzinin bir hissəsi dağıdılıb.

Efiopiya ordusunun üsyançı Tigray Xalq Azadlıq Cəbhəsinə (TPLF) qarşı əməliyyatı çərçivəsində Nəcaş rayonunun geri alınmasının ardından türbənin də olduğu ərazinin təmiri üçün fəaliyyətlər başlayıb.

TİKA ərazidə bərpa işlərinin aparılması üçün Efiopiya rəsmiləri ilə görüşüb.

TİKA Əddis Əbəbə Proqram Koordinatoru Enver Resuloğulları xatırladıb ki, İslam tarixində çox mühüm yeri olan və hicrətdə müsəlmanlara ev sahibliyi edən dövrün padşahı Nəcaşi türbəsinin və eyni adlı məscidin bərpa layihəsi daha əvvəl TİKA tərəfindən tamamlanmışdı. O Kral Nəcaşi və 15 səhabənin məzarlarının yerləşdiyi ərazinin Efiopiyanın ən əhəmiyyətli tarixi və mədəni məkanları arasında olduğunu vurğulayıb.

Qeyd edək ki, müsəlmanların hicrətindən əvvəlki dövrdə Məkkədə məruz qaldıqları zülmlərə görə vətənlərini tərk etmək məcburiyyətində qalan ilk müsəlmanlar Məhəmməd peyğəmbərin "Ölkəsində heç kəsə zülm olunmayan bir hökmdar var, gedin və Allah düşdüyünüz vəziyyətdən çıxış yolu göstərənə qədər o doğruluq diyarında qalın” məsləhəti ilə Həbəşistana hicrət etmişdilər.

Fərqli tarixlərdə iki ayrı konvoyla yola çıxan səhabələr Qırmızı dənizi keçərək Afrika torpaqlarına keçərək Afrikada ilk müsəlman icmasını meydana gətirmişdilər. Hicrətin 9-cu ilində vəfat edən Nəcaşi Əşəmənin cənazəsi müsəlmanların məskunlaşdığı bu kənddə dəfn edilmiş və bu bölgə “Necaşi kəndi” kimi tanınmağa başlamışdır.

Türkiyə vətəndaş müharibəsində zədələnmiş Nəcaşi türbəsini yenidən bərpa edəcək
Məqalədə: #Türkiyə #TİKA #Efiopiya #Nəçaşi #türbə

Mövzu üzrə digər xəbərlər

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
12 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.