15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyənin 85 ən böyük sənaye şirkəti birjaya daxil olub

27 İyun 2024 17:17
Türkiyənin 85 ən böyük sənaye şirkəti birjaya daxil olub

Bakı, VOA

İstanbul Sənaye Palatası tərəfindən hazırlanan Türkiyənin 500 Ən Böyük Sənaye Müəssisəsi 2023 Araşdırmasının nəticələrinə görə, birjaya açılan şirkətlərin sayı 85-ə çatıb.

VOA xəbər verir ki, araşdırmaya görə, İstanbul Sənaye Palatası (İSO) 500 arasında birjaya daxil olan şirkətlərin sayı 2017-2021-ci illərdə 65-69 səviyyəsində olmasına baxmayaraq, 2022 və 2023-cü illərdə ortaya çıxan maliyyə şərtləri şirkətlərin birjaya açılmasına səbəb olub.

Türkiyənin ən böyük 500 şirkəti arasında birjaya açılan şirkətlərin sayı 2022-ci ildə 73-ə, 2023-cü ildə isə 85-ə çataraq ən yüksək səviyyəyə çatmışdır.

Balans göstəricilərinə daxil edilən ümumi borclara nəzər salsaq, Türkiyənin ən böyük 500 sənaye şirkətinin borcu 2023-cü ildə 60% artaraq 2,5 trilyon lirədən 4 trilyon 13 milyard lirəyə yüksəlmişdir.

Birjaya aşılmış şirkətlərinin ümumi borcu 1 trilyon 373,5 milyard lirə, onların ümumi borcdakı payı 34,2%, qısamüddətli borclar isə 1 trilyon 49,3 milyard olmaqla 36,8%, uzunmüddətli borcları isə 324 milyard 203 milyon lirə ilə 27,9% pay alıblar.

Həmçinin, bu şirkətlərin öz kapitalının cəminə nisbəti 2022-ci ildə 28,7% olduğu halda, 2023-cü ildə 1 trilyon 543,2 milyard lirə ilə 32%-ə yüksəlmişdir.

Türkiyənin Ankara Sosial Elmlər Universiteti İqtisadiyyat Bölümü müəllimi Prof. Dr. Levent Aydın şirkətlərin birjaya daxil olmasının əhəmiyyətini vurğulayaraq qeyd edib: “Bİrjaya açılmaq sənaye şirkətlərinin qısa müddətdə investisiyalarını maliyyələşdirmək üçün kapital toplamasına, şirkətlərin borclanma ehtiyaclarını azaltmasına və maliyyə strukturlarının gücləndirilməsinə töhfə verməklə yanaşı, uzunmüddətli perspektivdə maliyyə sabitliyi və böyümə potensialı təmin edərək bu prosesdə mühüm rol oynayır. Bu səbəblə İstanbul Sənaye Palatasının açıqladığı 500-lük siyahı böyük sənaye şirkətləri daxilində birjaya açılmış şirkətlərin sayının artırılması sənayenin güclənməsinə və davamlı böyümənin əldə edilməsinə əhəmiyyətli töhfələr verəcək. Bundan əlavə, birjaya daxil olmaq şirkətlərin korporativləşməsi, şəffaflığı və nüfuzü, maliyyəyə daha asan çıxış məsələlərində çox əhəmiyyət daşıyır”.

Güclü maliyyə strukturuna sahib, yüksək böyümə potensialı və qazanılmış investor etibarı olan şirkətlərin birjaya çıxa biləcəyini ifadə edən Aydın, birjaya açılmağın sürətinin bazar və iqtisadi şəraitdən, eləcə də şirkətlərin xüsusi vəziyyətlərindən və strateji qərarlarından asılı olduğunu vurğulayıb.

"Bu, şirkətlərin maliyyə strukturunu gücləndirir və iqtisadi artıma və inkişafa töhfə verir. Bu, həmçinin şirkətlərin davamlı inkişaf hədəflərinə çatmasına, rəqabət qabiliyyətinin artırılmasına və bazar şərtlərinə daha tez uyğunlaşmasına kömək edir. Sənaye şirkətlərinin kapital bazarlarından daha çox istifadə etməsi uzunmüddətli stratejidir. Çünki bu iri şirkətlərin birjaya daxil edilməsi ilə kapitalın daha geniş çevrəyə yayılması və dərinləşməsi gələcəkdə iqtisadiyyatın sağlam böyüməsi üçün həyati əhəmiyyət kəsb edir. Biz görürük ki, iqtisadiyyatların inkişaf səviyyələri ümumilikdə onların kapital bazarlarının və xüsusən də fond bazarlarının dərinliyi ilə düz mütənasibdir." - deyə o əlavə edib.

Türkiyənin 85 ən böyük sənaye şirkəti birjaya daxil olub
Məqalədə: #Türkiyə #birja #şirkətlər

Mövzu üzrə digər xəbərlər

Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edəcək
Suriya

Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edəcək

14 Sentyabr 11:33
Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
İslam və həyat: Şəriət, tarix, əxlaq

Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?

13 Sentyabr 18:00
Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21

Son Xəbərlər

Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
00:10
Tarixdə bu gün - 15 sentyabr
Tarixdə bu gün - 15 sentyabr
00:01
Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
14 Sentyabr 22:34
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
14 Sentyabr 22:07
Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
14 Sentyabr 21:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.