Bakı, AzerVoice
Türkiyənin Muğla vilayəti sahillərində 73 qeyri-qanuni miqrant saxlanılıb.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizə Komandanlığı bildirib.
Sahil Mühafizə Komandanlığından verilən açıqlamada nizamsız miqrantların olduğu rezin qayığın mühərrikində nasazlıq səbəbindən rayon sahillərinə doğru sürükləndiyi xəbəri alındıqdan sonra Sahil Mühafizə qayığı bölgəyə istiqamətləndirilib.
Miqrantlar əməliyyatların ardından Vilayət Miqrasiya İdarəsi Müdirliyinə təhvil verilib.
Hafiz Rufizoğlu