13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Ankarada Somali ilə Efiopiya arasında yeni danışıqlar silsiləsi başlayacaq

12 Avqust 2024 09:55
Ankarada Somali ilə Efiopiya arasında yeni danışıqlar silsiləsi başlayacaq

Bakı, AzerVoice

Türkiyə Xarici İşlər Nazirliyi Afrika Buynuzundakı rəqiblər, Somalidəki Moqadilu administrasiyası və Efiopiya arasında gərginliyi azaltmaq məqsədi ilə bu gün Ankarada yeni danışıqlar silsiləsi başlayacağını açıqlayıb.

AzerVoice xəbər verir ki, Nazirlikdən verilən açıqlamada sentyabrın 2-də başlaması planlaşdırılan danışıqların tezləşdirildiyi bildirilib və danışıqların məqsədinin Efiopiyanın Somalinin ərazi suverenliyinə zərər vermədən bu ölkə vasitəsilə beynəlxalq sulara çıxışını təmin etmək üçün bir yol tapmaq olduğu qeyd edilib.

1991-ci ildə Eritreanın ayrılmasından bəri Efiopiya dənizə birbaşa çıxışı olmayan dünyanın ən sıx əhalisi olan ölkədir.

İyulun 1-də Türkiyənin xarici işlər naziri Hakan Fidanın vasitəçiliyi ilə qonşu ölkələrin xarici işlər nazirləri Ankarada ilk iclasını keçirib.

Ankarada Efiopiya və Somali arasında razılaşma əldə olunub

Fidan avqustun 3-də liderlərlə görüşmək üçün Efiopiyaya gedib. Nazirlik o vaxtdan bəri Somali ilə "ən yüksək səviyyədə" təmasların olduğunu bildirib.

Nazirliyin "iki ölkənin ehtiyacları, narahatlıqları və yanaşmaları" adlandırdığı bazar ertəsi danışıqlarında kimin iştirak edəcəyi hələ ki məlum deyil.

Qeyd edək ki, Efiopiya yanvar ayında Somalidən birtərəfli qaydada ayrılan Somaliland ilə razılaşma əldə edərək, dənizə çıxış haqqı qazanıb. Lakin bu dəfə də, Somalilandin müstəqilliyini tanımaqla qonşusu Somali ilə arasında yeni böhrana əmələ gəlib.

Ötən əsrdə iki dəfə müharibə edən iki ölkə mart ayında mübahisələrinə həll yolu tapmaq üçün razılığa gəliblər.

Türkiyə Xarici İşlər Nazirliyinin sözlrin görə o vaxtdan bəri "dolayı danışıqlar" heç bir nəticə verməyib, eyni zamanda "regionda gərginliyin artdığını" etiraf edib. Türkiyə həmçinin vasitəçilik səyləri üçün bölgə ölkələrindən dəstək aldığını da bildirib.

Ankarada Somali ilə Efiopiya arasında yeni danışıqlar silsiləsi başlayacaq
Məqalədə: #Türkiyə #Hakan Fidan #Afrika #Efiopiya

Mövzu üzrə digər xəbərlər

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır
İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır
13:16
İordaniya sərhədində narkotik daşıyan şarlar ələ keçirilib
İordaniya sərhədində narkotik daşıyan şarlar ələ keçirilib
13:02
İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?
İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?
13:00
Səudiyyə Ərəbistanında 11 sərhəd qanunu pozucusu saxlanılıb
Səudiyyə Ərəbistanında 11 sərhəd qanunu pozucusu saxlanılıb
12:50
Əbu-Dabidə 35-ci Beynəlxalq Kitab Sərgisi açılıb
Əbu-Dabidə 35-ci Beynəlxalq Kitab Sərgisi açılıb
11:17
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.