4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Anadolunun Frigiya krallığının izləri 2024 Olimpiya Oyunlarında

12 Avqust 2024 11:18
Anadolunun Frigiya krallığının izləri 2024 Olimpiya Oyunlarında

Bakı,AzerVoice

Anadolunun qüdrətli Dəmir Dövrü krallığı olan Frigiyalıların Paris 2024 Olimpiya və Paralimpiya Oyunlarının maskotlarına ilham verdiyini bilirdinizmi?

Beynəlxalq Olimpiya Komitəsinin bildirdiyinə görə, Olimpiya və Paralimpiya maskotu bir vaxtlar frigiyalıların geyindiyi papaqlara bənzər şəkildə hazırlanıb və Fransa bayrağının rəngləri olan mavi, ağ və qırmızı rənglərlə bəzədilib. Qədim Anadolu krallığı olan Frigiyanın mədəni irsini əks etdirən maskotlar, eyni zamanda cizgi filmi “Şirinlər”in papaqlarını xatırladır və azadlıq rəmzini əks etdirir.

Frigiyalıların Balkanlar ərazilərindən qərb və mərkəzi Anadolu torpaqlarına, Türkiyənin indiki Ankara, Afyonkarahisar, Eskişehir və Kütahya vilayətlərini əhatə edən geniş bir bölgəyə köç etdiyi güman edilir.

Eramızdan əvvəl 12-ci əsrdə Hetit İmperatorluğunun dağılması ilə yüksələn bu qədim xalq öz paytaxtını 2023-cü ildə Türkiyənin 20-ci YUNESKO-nun Dünya İrsi siyahısına daxil olan Qordionda tikiblər. Frigiyanın siyasi və mədəni paytaxtı kimi tanınan Qordion bir çox qədim tarixçilərin qeyd elədiyi Qordi düyünü rəvayəti ilə bağlıdır. Rəvayətə görə, düyünü yalnız Asiyanın gələcək fatehinin açacağına inanırdılar. Həmçinin, şəhər bir vaxtlar mifologiyada “eşşək qulaqları” və “qızıl toxunuşu” ilə lənətlənmiş Kral Midasın hakimiyyəti altında olub.

Olimpiya maskotuna ilham verən Frigiya papağına ilk dəfə Qordionda süvarilərin oyma təsvirində rast gəlinib. Həmçinin, Kral Midas tez-tez Frigiya papağı taxmış kimi təsvir edilirdi. Bir əfsanəyə görə isə o, bu papağı uzun qulaqlarını örtmək üçün geyinirdi.

Azadlıq simvolu

Mənşəyi minlərlə il əvvələ gedən Frigiya papağı və ya “azadlıq papağı” Roma və hətta Fransa İnqilabı kimi dövrlərdə də bir çox fərqli formaya düşərək daha dərin bir əhəmiyyət kəsb etmişdir. Qədim Romada əsarət altına alınan insanlar azad edildikdən sonra Frigiya papağına bənzər papaq olan pileus taxırdılar. Zamanla pileus və Frigiya papağının eyni olduğu güman edilir və azadlığı simvolizə edən təsirli ikona çevrilir. XVIII əsr fransız inqilabçıları da bu papaqları azadlıq simvolu kimi taxırdılar. Fransız İnqilabından sonra Frigiya papağı incəsənətdə, rəsmlərdə və heykəllərdə əks etdirilirdi. Papağın tarix boyu fransızlar üçün məşhur simvol olaraq qalması onu builki Olimpiya Oyunlarının maskotuna çevirdi.

Frigiyalıların izi ilə, Olimpiya Friglərinin ilham pərisi

Frigiyalıların Anadoludakı tarixi vətəni bu gün “Frigiya Vadisi” adlandırılır. Vadi Frigiya qaya abidələrinin möhtəşəm nümunələri ilə dünya miqyasında unikal bir mənzərədir. Ərazi frigiyalıların dini ayinlərinin və sosial həyatının izlərini saxladığı üçün universal əhəmiyyət kəsb edir. Buna görə də Kütahya, Afyonkarahisar, Ankara və Əskişəhəri əhatə edən Dağlı Frigiya Bölgəsi 2015-ci ildən YUNESKO-nun Dünya İrs Siyahısındadır. Bu bənzərsiz mənzərəni gəzinti və velosiped yolları ilə araşdırmaq mümkündür.

Türkiyənin 500 kilometrdən çox uzunluğu ilə 3-cü ən uzun yürüyüş yolu olan Frigya yolu ilə Frigiyalıların izlərini təqib edə bilərsiniz. Frig yoluna başlamaq üçün üç alternativ bölgə var. Bunlar Ankarada Qordion, Afyonkarahisarda Seydiler və Kütahyada Yenice Farmdır. Bu nöqtələrdən başlayan və Frigiya Vadiləri boyunca davam edən cığırlarda, üçüncü ən böyük kurqan Kral Midasın məzarı və içindəki ən qədim kurqan olan məzar otağı kimi Frigiya dövrünə aid Qordionun sehrli tikililəri görməyə dəyər. Ankarada Anadolunun hər yerindən, xüsusən də Qordion, Hattuşa və Çatalhöyük kimi əhəmiyyətli yerlərdən olan əsərlərin nümayiş olunduğu Anadolu Sivilizasiyaları Muzeyini də ziyarət etməlisiniz. Muzeyə baş çəkmədən və bu mədəniyyəti öyrənmədən Qordionu və Frigiyanı tam qiymətləndirmək olmaz.

Frigiya yolunun digər diqqətəlayiq yerləri qaya evləri, məzarları və kilsəsi ilə məşhur olan Ayazini kəndi, qayaya oyulmuş Avdalas qalası və Afyonkarahisardakı Emre gölü və Kütahyanın Aizonai Qədim Şəhəridir. Frigiya yolu Əskişəhərdə əhəmiyyətli Frigya yaşayış məntəqəsi olan Yazılıkayada birləşir. Yazılıkaya ilə yanaşı, ərazinin görkəmli yerləri arasında Əskişəhərdəki möhtəşəm Frigiya qaya fasadları, fövqəladə aslan relyefləri olan Aslan Məbədi və qaya üzərində oyma monumental türbə olan Gerdekkaya da mövcuddur.

Anadolunun Frigiya krallığının izləri 2024 Olimpiya Oyunlarında Anadolunun Frigiya krallığının izləri 2024 Olimpiya Oyunlarında Anadolunun Frigiya krallığının izləri 2024 Olimpiya Oyunlarında Anadolunun Frigiya krallığının izləri 2024 Olimpiya Oyunlarında
Məqalədə: #Türkiyə #Frigiya #Anadolu #Paris-2024 Yay Olimpiya Oyunları

Mövzu üzrə digər xəbərlər

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

11:56
İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir
Türkiyə

İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

3 Sentyabr 11:04
Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb
Türkiyə

Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

2 Sentyabr 15:56

Son Xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
19:05
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
18:51
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
18:45
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
18:40
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.