Bakı, AzerVoice
Türkiyədə altı şəhərdə altı ayrı mütəşəkkil cinayət təşkilatına qarşı keçirilən “Kuyu-34” və “Kuyu-35” əməliyyatlarında 91 şübhəli saxlanılıb.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya X sosial media hesabında paylaşım edib.
"Mütəşəkkil cinayətkar təşkilatlar və dəstələr qazdıqları quyulara düşməyə davam edir. Xalqımızın dəstəyi ilə bizim mübarizəmiz davam edir”,-deyə paylaşımda qeyd olunub.
Qeyd edək ki, əməliyyatlar zamanı doqquz sənədsiz silah, üç sənədsiz tüfəng, yeddi kəsici-deşici əşya, narkotik maddə ələ keçirilib.
6️⃣ ayrı organize suç örgütü çökertildi, 9️⃣1️⃣ şüpheli tutuklandı.
— Ali Yerlikaya (@AliYerlikaya) October 14, 2024
📍Kahramanmaraş’ta Muhammed Kaya,
📍Mersin’de Hasan Sağsız,
📍Denizli’de Niyazi Dönmez,
📍Antalya’da Mustafa Akel,
📍Gaziantep’te Ümit Öge ve
📍İstanbul’da Turgut Yalçın’ın elebaşlığını yaptığı 6️⃣ ayrı organize suç… pic.twitter.com/NqtGtCpY4F