13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

ASELSAN-dan Argentinaya texnoloji əməkdaşlıq çağırışı

14 Aprel 2025 16:45
ASELSAN-dan Argentinaya texnoloji əməkdaşlıq çağırışı

BAKI, AzerVoice

ASELSAN Argentina donanmasının MEKO freqatlarını modernləşdirmək üçün təklif irəli sürüb.

AzerVoice xəbər verir ki, Türkiyənin müdafiə sənayesi nəhəngi ASELSAN, Argentina Hərbi Dəniz Qüvvələrinin MEKO 360 sinifli freqatlarını modernləşdirmək məqsədilə rəsmi təklif təqdim edib.

Şirkətin baş direktoru Ahmet Akyol təklifin əhatə etdiyi texnoloji imkanlar və iqtisadi üstünlüklər barədə ətraflı məlumat verib.

Akyol bildirib ki, bu təklif Türkiyə Hərbi Dəniz Qüvvələrinin MEKO 200 sinifli gəmilərinin uğurla modernləşdirilməsi təcrübəsinə əsaslanır. “Yeni gəmi inşası ilə müqayisədə modernləşdirmə daha sərfəlidir və biz bu təcrübəni Argentina ilə bölüşməyə hazırıq,” – deyə o vurğulayıb.

ASELSAN-ın təklifinə uzaq mənzilli radarlar, ISR sistemləri, sonar və elektron döyüş texnologiyaları daxildir. Döyüş idarəetmə sistemlərinin tam yenilənməsi də nəzərdə tutulur. Akyol, bütün bu komponentlərin bir şirkət tərəfindən təmin edilməsinin texniki xidmət və inteqrasiya baxımından mühüm üstünlüklər yaratdığını qeyd edib.

Şirkət, Argentinanın yerli gəmiqayırma müəssisələri ilə əməkdaşlıq etməyə də açıq olduğunu bildirərək, texniki imkanların bir qismini yerli tərəfdaşlara ötürmə ehtimalını nəzərdən keçirdiyini açıqlayıb.

Qeyd edək ki, ASELSAN təkcə MEKO 360 deyil, MEKO 140 sinifli freqatların da modernləşdirilməsi üçün imkanlara sahib olduğunu bəyan edib. Şirkət Latın Amerikası bazarını hədəf bölgələrdən biri olaraq görür və bu istiqamətdə Braziliya və digər ölkələrlə də layihələr həyata keçirir.

Məqalədə: #Türkiyə #ASELSAN #Türkiyə müdafiə sənayesi #Latın Amerikası #Türkiyə Hərbi Dəniz Qüvvələri #Argentina Hərbi Dəniz Qüvvələri #Döyüş idarəetmə sistemləri #Gəmiqayırma əməkdaşlığı

Mövzu üzrə digər xəbərlər

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
12 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.