11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Bayraktar TB3 süni intellektlə tarix yazır

23 Aprel 2025 10:48
Bayraktar TB3 süni intellektlə tarix yazır

BAKI, AzerVoice

Bayraktar TB3 TCG Anadolu gəmisinə uğurla eniş edib.

AzerVoice xəbər verir ki, Bayraktar TB3 pilotsuz uçuş aparatı (PUA) “Qısa Uçuş Gəmisindən Tam Avtonom Kalkış və Eniş Testləri” çərçivəsində Saros körfəzində üzən TCG Anadolu gəmisinə 4 dəfə uğurla qalxaraq eniş edib.

Bu, dünya aviasiya tarixində qısa uçuş-enmə zolağına malik gəmidən havaya qalxan və enən ilk PUA olaraq mühüm mərhələ sayılır.

22 aprel 2025-ci ildə keçirilən sınaqlarda Bayraktar TB3 süni intellekt dəstəyi ilə tam avtonom şəkildə sorti uçuşlarını reallaşdırıb. Eniş zamanı heç bir mexaniki yardım sistemindən istifadə olunmadan testlər uğurla yekunlaşıb.

Qeyd edək ki, bu günə qədər Bayraktar TB3 ümumilikdə 1016 saat 42 dəqiqəlik uçuş həyata keçirib. 2023-cü ilin dekabrında 32 saat davam edən fasiləsiz uçuşla 5700 km məsafə qət edib.

Bayraktar TB3, 25 və 27 mart 2025-ci il tarixlərində keçirilən atış testlərində Roketsan istehsalı olan İHA-122 raketi ilə də dənizdəki hədəfləri dəqiqliklə vurub. Bu sınaqlarda Bayraktar TB2 ilə koordinasiyalı fəaliyyət göstərərək iki fərqli SİHA-nın birgə əməliyyat qabiliyyətini nümayiş etdirib.

2024-cü ilin iyununda keçirilən yüksək hündürlük testində isə TB3 36.310 fut hündürlüyə qalxaraq PD-170 mühərriki ilə uğurla sınaqdan çıxıb. Bununla da Bayraktar AKINCI-dan sonra ölkə daxilində rekord yüksəkliklərə çatan ikinci milli SİHA olub.

26 mart 2024-cü ildə TB3 ilk dəfə ASELSAN tərəfindən istehsal edilən ASELFLIR-500 elektro-optik sistemlə uçuş həyata keçirib və bu sistemin inteqrasiyası uğurla tamamlanıb.

Qatlana bilən qanadlara və uzunməsafəli rabitə imkanlarına sahib olan Bayraktar TB3, ixrac üçün strateji əhəmiyyət daşıyır. Kəşfiyyat, müşahidə və hücum imkanları ilə Türkiyənin müdafiə qabiliyyətinə çarpan təsir göstərməsi planlaşdırılır.

Baykar şirkəti 2023 və 2024-cü illərdə hər biri 1,8 milyard dollar dəyərində ixracat həyata keçirərək, gəlirlərinin 90 faizini ixracdan əldə edib. Baykar hazırda 36 ölkə ilə PUA ixrac müqaviləsi imzalayıb və dünyanın ən böyük İHA istehsalçısı kimi fəaliyyətini davam etdirir.

Bayraktar TB3 süni intellektlə tarix yazır Bayraktar TB3 süni intellektlə tarix yazır Bayraktar TB3 süni intellektlə tarix yazır Bayraktar TB3 süni intellektlə tarix yazır Bayraktar TB3 süni intellektlə tarix yazır Bayraktar TB3 süni intellektlə tarix yazır Bayraktar TB3 süni intellektlə tarix yazır Bayraktar TB3 süni intellektlə tarix yazır Bayraktar TB3 süni intellektlə tarix yazır Bayraktar TB3 süni intellektlə tarix yazır Bayraktar TB3 süni intellektlə tarix yazır
Məqalədə: #Türkiyə #ASELSAN #Türkiyə müdafiə sənayesi #Bayraktar TB3 #ROKETSAN #Baykar #Türkiyə hərbi PUA inkişafı #TCG Anadolu gəmisi #Müdafiə sənayesində ixrac uğurları #Türkiyə SİHA texnologiyası

Mövzu üzrə digər xəbərlər

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

16:21
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

09:53

Son Xəbərlər

İsrail ordusu Hizbullahın imkanlarını bərpa etməsinə imkan verməyəcəyini bildirib
İsrail ordusu Hizbullahın imkanlarını bərpa etməsinə imkan verməyəcəyini bildirib
19:11
Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
18:59
Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir
Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir
18:34
Misir Menkaura piramidasını müvəqqəti bağlayır
Misir Menkaura piramidasını müvəqqəti bağlayır
18:17
Hörmüz boğazı ilə bağlı regional toplantı Omanda keçiriləcək
Hörmüz boğazı ilə bağlı regional toplantı Omanda keçiriləcək
18:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.