12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Elektrik problemi bizə də təsir edə bilər - Alparslan Bayraktar

29 Aprel 2025 13:59
Elektrik problemi bizə də təsir edə bilər - Alparslan Bayraktar

BAKI,AzerVoice

Hazırda bu problem Türkiyəyə təsir etməyib, amma bizə də təsir edə biləcək ölçüdə bir problemdir.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar bildirib.

İspaniyada başlayan və Portuqaliya ilə Fransanın müəyyən bölgələrini təsir edən elektrik kəsintilərini dəyərləndirən Bayraktar, Türkiyənin də Avropanın elektrik sisteminə bağlı olduğunu xatırladıb.

“Tələb çox olmayanda külək və günəş enerjisinin həddindən artıq istehsalını idarə edə bilmədilər deyilir, Fransada isə enterkonneksiya sistemi özünü təhlükəsizliyə almaq üçün kəsib. Belə şeylərdən danışılır. Böyük problemdir, olduqca geniş miqyaslı bir hadisədir” – deyə Bayraktar kəsintinin əsas məsuliyyət daşıyıcısının İspaniya olduğu qeyd edib.

Portuqaliyada Baş Nazirlikdən məsul nazir Antonio Leitao bu gün verdiyi açıqlamada elektrik təchizatının normala döndüyünü bildirərək, kəsintinin davam etdiyi gecə saatlarında heç bir təhlükəsizlik problemi yaşanmadığını söyləyib.

İspaniyada isə elektrik paylama şəbəkəsi Red Electrica Espanola səhər saat 07:00-a olan məlumata görə, ölkənin enerji ehtiyacının 99,95 faizinin qarşılandığını, istehsalın 25 min 794 meqavat olduğunu elan edib.

Qeyd edək ki, İspaniya və Portuqaliyanın geniş bölgələrini əhatə edən naməlum mənşəli kütləvi elektrik kəsilməsi həyatın iflic olmasına səbəb olub.

Hadisə Andorra, Fransa və Belçikanın bəzi hissələrində də fasilələrlə müşayiət edilib. Türkiyənin elektrik sistemi isə URUK platforması vasitəsilə təhlükəsizlik tədbirləri gördüyündən, riskli vəziyyətdən qorunur.

İspaniyanın paytaxtı Madriddə işıqforların dayanması ilə nəqliyyatda xaos yaranıb, Barajas hava limanı fəaliyyətini dayandırıb, qatarların və metronun hərəkəti iflic olub. “Madrid Open” tennis turniri elektrik kəsintisinə görə yarımçıq qalıb, xəstəxanalarda əməliyyatlar təxirə salınıb. Şəhərin küçələrində minlərlə insan ofislərdən təxliyə edilib, təhlükəsizlik tədbirləri gücləndirilib. Madrid muxtar hökumətinin rəhbəri İzabel Diaz Ayuso ordudan dəstək istənilə biləcəyini bildirib.

Portuqaliyada da ölkə miqyasında elektrik enerjisinin kəsildiyi açıqlanıb. Paytaxt Lissabon və Porto şəhərlərində metro xətləri bağlanıb, kartla ödənişlər mümkün olmayıb. REN və E-Redes şirkətləri insidentin Avropa elektrik şəbəkəsindəki problemlərlə və İspaniyada qeydə alınan nadir hava hadisələri ilə əlaqəli ola biləcəyini bildirib.

Fransanın Andorra sərhədində və Belçikanın bəzi bölgələrində də elektrik kəsintiləri müşahidə olunub. Avropa Şurasının sədri Antonio Kosta və ölkə liderləri ilkin araşdırmalar nəticəsində hadisənin kiberhücumdan qaynaqlandığına dair heç bir dəlil tapılmadığını bəyan ediblər.

Türkiyə isə 2015-ci ildəki genişmiqyaslı elektrik kəsilməsindən sonra təhlükəsizlik tədbirlərini gücləndirib. ASELSAN tərəfindən hazırlanmış URUK sistemi ilə ölkənin elektrik və digər kritik infrastrukturları mərkəzi şəkildə idarə olunur və potensial kiberhücumlardan qorunur. Türkiyənin Avropa elektrik xətləri ilə birbaşa bağlantısının olmaması da bu riski minimuma endirir.

Qeyd edək ki, 31 mart 2015-ci ildə Türkiyə 9 saat davam edən kütləvi elektrik kəsilməsi yaşamış və bundan sonra enerji sahəsində təhlükəsizlik tədbirləri gücləndirib.

Məqalədə: #Türkiyə #Avropa #Fransa #Alparslan Bayraktar #İspaniya #Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyi #Portuqaliya #Portuqaliya enerji problemi #İspaniya elektrik kəsintisi

Mövzu üzrə digər xəbərlər

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
13:46
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
13:36
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
13:13
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
13:09
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
13:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.