5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Fikir ayrılıqları dialoqla həll edilməlidir - Altun

17 May 2025 17:35
Fikir ayrılıqları dialoqla həll edilməlidir - Altun

BAKI, AzerVoice

Ölkəmiz sülh və təhlükəsizliyi ön planda tutan diplomatik yanaşma ilə fəaliyyət göstərir.

AzerVoice xəbər verir ki, Prezident Kommunikasiyalar Direktoru Prof. Dr. Fahrettin Altun ABŞ-ın Nyu-York şəhərində keçirilən “Türk Günü Yürüşü” tədbiri çərçivəsində təşkil olunan “İttifaqdan kənar: Dəyişən Dünyada ABŞ-Türkiyə Münasibətlərini Yenidən Düşünmək” adlı paneldə Türkiyə-ABŞ münasibətlərinə dair mühüm açıqlamalar verib.

Türk Evində keçirilən paneldə türk və amerikalı alimlər, dövlət rəsmiləri, vətəndaş cəmiyyəti nümayəndələri və media təmsilçiləri iştirak edib. Panel zamanı iki ölkə arasındakı çətinliklər, əməkdaşlıq imkanları və münasibətlərin gələcəyi müzakirə olunub.

Fahrettin Altun çıxışında dünyada təhlükəsizlik, iqtisadiyyat, humanitar böhranlar və texnoloji transformasiyalar kimi sahələrdə köklü dəyişikliklərin yaşandığını vurğulayaraq, Türkiyə-ABŞ münasibətlərinin yalnız müttəfiqlik üzərində deyil, qarşılıqlı hörmət və ortaq maraqlar əsasında da möhkəmləndirilməsinin vacibliyini qeyd edib.

“Türkiyə regional güc və qlobal oyunçu olaraq üzləşdiyi çağırışlara konstruktiv və əhatəli siyasətlə cavab verir. Ölkəmiz qlobal sülh və təhlükəsizliyi ön planda tutan diplomatik yanaşma ilə fəaliyyət göstərir,” – deyə Altun bildirib.

Altun həmçinin Türkiyə-ABŞ əlaqələrinin NATO çətiri altında və digər sahələrdə əməkdaşlığın dərinləşməsi ilə daha da önəm qazandığını bildirib. Terrorizmə qarşı mübarizənin önəmindən danışan Altun, bu mübarizənin müttəfiqlər tərəfindən dəstəklənməsinin vacib olduğunu vurğulayıb.

“İki ölkə arasında ara-sıra yaranan fikir ayrılıqları konstruktiv dialoq və ortaq baxış əsasında idarə olunmalıdır. Türkiyə ilə ABŞ iqtisadiyyat, təhlükəsizlik, müdafiə və texnologiya kimi geniş sahələrdə əməkdaşlıq edə bilər,” – deyə o, fikrini tamamlayıb.

Məqalədə: #Türkiyə #ABŞ #NATO #Nyu-York #Fahrettin Altun #İkitərəfli əlaqələr #İkitərəfli münasibətlər #Türkiyə-ABŞ münasibətləri #Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi #Qlobal sülh

Mövzu üzrə digər xəbərlər

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

19:56
ABŞ-nin Bəhreyndəki səfirliyi vətəndaşlarını yüksək sayıqlığa çağırıb
Bəhreyn

ABŞ-nin Bəhreyndəki səfirliyi vətəndaşlarını yüksək sayıqlığa çağırıb

19:49
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
Digər Dövlətlər

ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb

18:25
İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ
İran

İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ

18:20

Son Xəbərlər

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
19:56
İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb
İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb
19:54
ABŞ-nin Bəhreyndəki səfirliyi vətəndaşlarını yüksək sayıqlığa çağırıb
ABŞ-nin Bəhreyndəki səfirliyi vətəndaşlarını yüksək sayıqlığa çağırıb
19:49
Qətərdə Quran üçün süni intellekt əsaslı yeni tətbiq istifadəyə verilib
Qətərdə Quran üçün süni intellekt əsaslı yeni tətbiq istifadəyə verilib
19:32
Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
18:53
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.