15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyənin nüvə sualtı layihəsi NÜKDEN təqdim olunub

28 May 2025 10:37
Türkiyənin nüvə sualtı layihəsi NÜKDEN təqdim olunub

BAKI, AzerVoice

Türkiyənin nüvə enerjili sualtı qayıq layihəsinin adı açıqlanıb – “NÜKDEN”.

AzerVoice xəbər verir ki, Türkiyənin milli müdafiə sənayesi çərçivəsində həyata keçirdiyi nüvə enerjili sualtı qayıq layihəsi “NÜKDEN” adı ilə təqdim olunub.

Bu ad ilk dəfə İstanbul Dəniz Muzeyində keçirilən 12-ci Dəniz Sistemləri Seminarında elan edilib.

Hərbi Dəniz Qüvvələri Komandanı Admiral Ərcüment Tatlıoğlu və Sualtı Donanma Komandiri kontr-admiral Timur Yılmaz tərəfindən təqdim olunan layihə, “Nuclear Propelled Submarine” ifadəsinin qısaltması olan “NÜKDEN” kimi adlandırılıb.

“Milli aviadaşıyıcı ilə birgə tapşırıqları yerinə yetirəcək, uzun müddət su altında qala biləcək nüvə enerjili sualtı qayığa sahib olmaq, Türkiyənin təhlükəsizliyi və çəkindirmə qabiliyyəti baxımından vacibdir.” - deyə Kontr-admiral Timur Yılmaz çıxışında qeyd edib.

Nüvə hərəkət sistemləri ilə təchiz ediləcək bu yeni platforma, Türkiyənin MİLDEN (Milli Dənizaltı) layihəsindən sonrakı strateji mərhələni təşkil edəcək. Layihənin məqsədi ölkənin hərbi dəniz qüvvələrinin xarici asılılıqlarını minimuma endirmək və uzaq dəniz əməliyyatlarında öz imkanlarını genişləndirməkdir.

“Tamamilə yerli imkanlarla, xarici asılılıqdan azad nüvə sualtı qayığının inşası 139 illik arzumuzdur. MİLDEN layihəsindən sonra NÜKDEN ilə bu istiqamətdə həlledici addımlar atacağıq.” - deyə Admiral Tatlıoğlu da son açıqlamasında bu təşəbbüsün milli istək olaraq uzun illərdir gündəmdə olduğunu xatırladaraq bildirib.

Qeyd edək ki, Gölcük Gəmiqayırma Zavodunda sualtı qayıqların istehsalı 50 ildir davam edir. Yeni layihə ilə Türkiyə, sualtı çəkindirmə gücünü artıraraq bölgədə və qlobal səviyyədə daha təsirli mövqe qazanmağı hədəfləyir.

Məqalədə: #Türkiyə #Türkiyə müdafiə sənayesi #Türkiyə Mülki Aviasiya Baş İdarəsi #gəmi və yaxta sektoru #Türk aviasiya sənayesi #NÜKDEN #MİLDEN (Milli Dənizaltı) #Türkiyənin nüvə enerjili sualtı qayıq layihəsi #nüvə sualtı qayığı

Mövzu üzrə digər xəbərlər

Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edəcək
Suriya

Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edəcək

14 Sentyabr 11:33
Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
İslam və həyat: Şəriət, tarix, əxlaq

Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?

13 Sentyabr 18:00
Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21

Son Xəbərlər

Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
00:10
Tarixdə bu gün - 15 sentyabr
Tarixdə bu gün - 15 sentyabr
00:01
Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
14 Sentyabr 22:34
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
14 Sentyabr 22:07
Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
14 Sentyabr 21:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.