13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Biz İsrailin Madleen gəmisinə müdaxiləsini pisləyirik - Ömer Çelik

9 İyun 2025 13:49
Biz İsrailin Madleen gəmisinə müdaxiləsini pisləyirik - Ömer Çelik

BAKI, AzerVoice

AK Partiya sözçüsü Ömər Çelik İsrailin Qəzzaya humanitar yardım çatdırmaq üçün yola çıxan Madleen adlı gəmiyə hücumunu şiddətlə qınadıqlarını bildirib.

AzerVoice xəbər verir ki, AK Partiya sədr müavini və partiya sözçüsü Çelik sosial media hesabında paylaşdığı paylaşımda İsrailin Madleen gəmisinə hücumuna sərt reaksiya verib.

"Madleen" adlı gəmiyə İsrailin müdaxiləsini şiddətlə qınadıqlarını ifadə edən Çelik, "Bütün dünya bu hücumu sifariş edən və həyata keçirənlərin məsuliyyətə cəlb edilməsi üçün əməkdaşlıq etməlidir" - deyə qeyd edib.

Çelik belə davam etdi;

Madleen gəmisi bəşəriyyət adına Qəzzaya yardım aparmağa çalışarkən beynəlxalq sularda İsrailin təcavüzü ilə qarşılaşıb. İsrailin humanitar yardımın əngəllənməsindən silah kimi istifadə etdiyi bir daha görünüb.

Bütün dünya İsraili qınamalı və bu təcavüzə qarşı konkret tədbirlər görməlidir.

Qeyd edək ki, İsrail hərbçiləri, Qəzzaya yardım göndərmək məqsədilə yola çıxan "Madleen" adlı gəmini ələ keçirib və gəmidəki 12 fəalı, o cümlədən Qreta Tanberqi həbs edərək gəmini Aşdod limanına gətirib.

İsrailin qanunsuz blokadasına qarşı açıq etiraz olaraq Fələstin tərəfdarı Azadlıq Donanması Koalisiyası (FFC) tərəfindən təşkil edilib.

Azadlıq Donanması Koalisiyası, Telegram üzərindən "SOS! Madleen gəmisindəki könüllülər İsrail qüvvələri tərəfindən oğurlanıb" mesajını yayımlayaraq, gəminin ələ keçirildikdən sonra əlaqənin kəsildiyini bildirdi.

Canlı yayımlanan görüntülərdə, İsrail gəmilərinin "Madleen" gəmisini əhatə etdiyi və fəallara əllərini havaya qaldırmağı əmr etdiyi görünür. Gəmi, Qəzzaya humanitar yardım göndərməyi və oradakı böhrana diqqət çəkməyi hədəfləyirdi.

Həmçinin, HƏMAS hərəkatı, beynəlxalq ictimaiyyəti İsrailin yardım gəmisinə qarşı amansız hücumunu pisləməyə çağırıb.

Birləşmiş Millətlər Təşkilatının Fələstindəki insan hüquqları üzrə xüsusi müşavirəsi Francesca Albanese, gəminin işğalçı qüvvələr tərəfindən ələ keçirilməsindən sonra, Britaniya hökumətinə dərhal tədbir görməyi və gəmini və sərnişinlərini azad etməyə çalışmasını tövsiyə edib.

Albanese, Azadlıq Donanması Koalisiyasının əməliyyatını dəstəkləyərək, digər gəmilərə Qəzza blokadasına qarşı mübarizə aparmalarını çağırıb.

Məqalədə: #Qəzza zolağı #AK Parti #Ömer Çelik #humanitar yardım #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzza müharibəsi #Qəzzada humanitar böhran #Qəzzanın bərpası 2025 #Madleen gəmisi yardım missiyası

Mövzu üzrə digər xəbərlər

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
03:00
Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.