6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

İran–İsrail qarşıdurması fonunda sərhədlər nəzarətdədir - Türkiyə MN

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) İran–İsrail qarşıdurması fonunda ölkə sərhədlərində nəzarətsiz miqrasiya axınının olmadığını bildirib.

19 İyun 2025 14:27
İran–İsrail qarşıdurması fonunda sərhədlər nəzarətdədir - Türkiyə MN

BAKI,AzerVoice

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) İran–İsrail qarşıdurması fonunda ölkə sərhədlərində nəzarətsiz miqrasiya axınının olmadığını bildirib.

AzerVoice xəbər verir ki, İran da daxil olmaqla bütün sərhədlərdə əlavə tədbirlər görülüb və intensiv təhlükəsizlik nəzarəti həyata keçirilir.

Açıqlamada qeyd olunub ki, Türk Silahlı Qüvvələri (TSK) sərhəd təhlükəsizliyini təmin etmək üçün ən müasir texnoloji sistemlərlə 24 saat fəaliyyət göstərir. İran sərhədi də daxil olmaqla bütün istiqamətlərdə müşahidə, nəzarət və patrul tədbirləri yüksək səviyyədə həyata keçirilir.

MSB rəsmiləri bildiriblər ki, İsrailin İranın nüvə və hərbi obyektlərinə hücumları ilə başlayan qarşıdurmadan dərhal sonra Türkiyənin hava məkanı və sərhədlərində təhlükəsizlik tədbirləri gücləndirilib.

“İsrailin bölgədəki hərbi ritorikası və hücumları regional sabitliyi pozur. Bu ritorikadan və hücumlardan dərhal imtina edilməlidir” – deyə açıqlamada vurğulanıb.

MSB, İsrail təyyarələrinin Türkiyə hava məkanını pozmasına dair yayılan məlumatları təkzib edib. Açıqlamada bildirilir ki, hücumların başladığı ilk andan etibarən hava hərəkətliliyi izlənib və ehtiyat tədbiri olaraq Türkiyənin reaksiya və patrul təyyarələri havaya qaldırılıb.

Nazirlik əlavə edib ki, Türkiyə hava və raket hücumlarına qarşı çoxqatlı və inteqrə olunmuş müdafiə sistemini inkişaf etdirməkdə davam edir. Yerli və milli radar, hava hücumundan müdafiə silahları və komanda idarəetmə imkanları bu çərçivədə genişləndirilir.

Sərhəd təhlükəsizliyi çərçivəsində son bir həftədə 122 nəfər saxlanılıb, onlardan 2-si terrorçu olub. Bu ilin əvvəlindən bəri qeyri-qanuni sərhəd keçidi cəhdlərinə qarşı 38 min 979 nəfərin qarşısı alınıb.

Məqalədə: #Türkiyə #İsrail #İran #Türkiyənin Milli Müdafiə nazirliyi #Türkiyə Silahlı Qüvvələri #TSK #İran-İsrail gərginliyi

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.