13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Bölgənin ehtiyacı ədalətli və davamlı sülhdür - Yılmaz

Atəşkəs həm humanitar, həm də iqtisadi baxımdan müsbət təsir göstərəcək.

24 İyun 2025 16:29
Bölgənin ehtiyacı ədalətli və davamlı sülhdür - Yılmaz

BAKI, AzerVoice

Atəşkəs həm humanitar, həm də iqtisadi baxımdan müsbət təsir göstərəcək.

AzerVoice xəbər verir ki, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz İsrail və İran arasında əldə olunan atəşkəsi qiymətləndirib.

O bildirib ki, bu razılaşma bölgədə artan geosiyasi gərginliyi azaldacaq, eyni zamanda humanitar və ekoloji risklərin qarşısını almaqla yanaşı, iqtisadi müsbət nəticələr də verəcək.

“İsrailin beynəlxalq hüquqa zidd olaraq İrana hücumları səbəbindən bölgəmizdə artan geosiyasi gərginlik bu gün əldə edilən atəşkəslə azalmağa başlayıb. Bu inkişaf humanitar və ekoloji riskləri azaltmaqla yanaşı, iqtisadi baxımdan da müsbət nəticələrə gətirib çıxaracaq. Lakin bölgənin əsl ehtiyacı ədalətli və davamlı sülhün təmin edilməsidir”- Yılmaz sosial media hesabında yazıb.

“Fələstin xalqı, xüsusilə də Qəzzada insan ləyaqətinə uyğun həyat şəraiti əldə etməlidir. Bu istiqamətdə Türkiyə təsirli bir güc və diplomatiya mərkəzi olaraq, cənab prezident Rəcəb Tayyib Ərdoğanın liderliyində Fələstin məsələsinə prioritet verməyə, sabitlik və ədaləti müdafiə etməyə davam edəcək”- Türkiyənin bu prosesdə mühüm rol oynadığını vurğulayan Yılmaz əlavə edib.

Qeyd edək ki, son günlərdə İsrail və İran arasında gərginlik pik həddə çatmış, lakin müxtəlif diplomatik kanallar vasitəsilə atəşkəs razılaşması əldə olunmuşdu. Atəşkəsin davamlılığı və bölgədə sabitliyin bərqərar olması üçün beynəlxalq ictimaiyyətin diqqəti artmaqdadır.

Məqalədə: #Türkiyə #Qəzza #Cevdet Yılmaz #Fələstin #atəşkəs #atəşkəs razılaşması #atəşkəs danışıqları #Atəşkəs çağırışı #İsrail-İran münaqişəsi #İran və İsrail gərginliyi #İsrail İran hücumu #İran İsrail qarşıdurması

Mövzu üzrə digər xəbərlər

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

İordaniya sərhədində narkotik daşıyan şarlar ələ keçirilib
İordaniya sərhədində narkotik daşıyan şarlar ələ keçirilib
13:02
İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?
İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?
13:00
Səudiyyə Ərəbistanında 11 sərhəd qanunu pozucusu saxlanılıb
Səudiyyə Ərəbistanında 11 sərhəd qanunu pozucusu saxlanılıb
12:50
Əbu-Dabidə 35-ci Beynəlxalq Kitab Sərgisi açılıb
Əbu-Dabidə 35-ci Beynəlxalq Kitab Sərgisi açılıb
11:17
İlk qadın Pandoranın yaradılışı və bəşəriyyətin cəzalandırılması
İlk qadın Pandoranın yaradılışı və bəşəriyyətin cəzalandırılması
11:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.