12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyənin havadakı görünməyən gücü - Asenalar eskadronu

Türkiyə Hərbi Hava Qüvvələrinin 101-ci Havada Yanacaq Doldurma Eskadronu – “Asenalar” adı ilə tanınan bu strateji birlik ölkənin hava hücum imkanlarını gücləndirməyə davam edir.

27 İyun 2025 12:49
Türkiyənin havadakı görünməyən gücü - Asenalar eskadronu

BAKI, AzerVoice

Türkiyə Hərbi Hava Qüvvələrinin 101-ci Havada Yanacaq Doldurma Eskadronu – “Asenalar” adı ilə tanınan bu strateji birlik ölkənin hava hücum imkanlarını gücləndirməyə davam edir.

AzerVoice xəbər verir ki, Adana İncirlikdə yerləşən eskadron KC-135R tipli tanker təyyarələri ilə döyüş təyyarələrini havada yanacaqla təmin edərək fasiləsiz uçuşlara şərait yaradır.

Eskadron komandiri, polkovnik Gönen bildirib ki, əsas vəzifə döyüş təyyarələrinin havada qalma müddətini artırmaq, erkən xəbərdarlıq və idarəetmə sistemlərini dəstəkləmək və təyin olunmuş ərazilərdə əməliyyat effektivliyini artırmaqdır. 30 illik təcrübəyə malik “Asenalar” Türkiyənin və NATO-nun bir sıra kritik missiyalarında vacib rol oynayır.

Qeyd edək ki, KC-135R təyyarələri saatda 950 km sürətlə uçaraq F-16 və F-4E/2020 Phantom tipli döyüş təyyarələrinin yanacaq ehtiyacını havada cəmi 3 dəqiqə ərzində qarşılaya bilir. Eyni zamanda, bu təyyarələr 18 tonluq yük və 100-ə qədər şəxsi heyət daşıma qabiliyyətinə malikdir.

Polkovnik Gönen əlavə edib ki, bu strateji təyyarələr yalnız Türkiyə üçün deyil, eyni zamanda NATO və digər müttəfiq ölkələr üçün də vacib hava platforması hesab olunur. Transsərhəd əməliyyatlardan tutmuş beynəlxalq təlimlərə qədər geniş fəaliyyət sahəsi olan eskadronun əsas məqsədi: “Bayrağımızı havada gur və qürurla dalğalandırmaqdır”.

Qeyd edək ki, tanker təyyarəsinin bir dəqiqəyə ötürdüyü yanacaq miqdarı bir avtomobilin illik yanacaq ehtiyacına bərabərdir. Təyyarədə daşına bilən maksimum yanacaq isə 46 illik avtomobil tələbatını ödəyə bilir.

Məqalədə: #Türkiyə #Türkiyə müdafiə sənayesi #NATO #Türkiyə Hərbi Hava Qüvvələri #müdafiə sənayesi məhsulları #təyyarə #Türkiyə pilotsuz təyyarə bazaları #KC-135R təyyarələri #Asenalar

Mövzu üzrə digər xəbərlər

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.