12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Suriya Türkiyədən rəsmi dəstək istəyib - Türkiyə MN

Suriya hökumətinin müdafiə qabiliyyətini gücləndirmək və bütün terror təşkilatlarına qarşı mübarizə aparmaq üçün Türkiyədən rəsmən dəstək istəyib.

23 İyul 2025 14:24
Suriya Türkiyədən rəsmi dəstək istəyib - Türkiyə MN

BAKI, AzerVoice

Suriya hökumətinin müdafiə qabiliyyətini gücləndirmək və bütün terror təşkilatlarına qarşı mübarizə aparmaq üçün Türkiyədən rəsmən dəstək istəyib.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr müşaviri və nazirliyin sözçüsü, admiral Zeki Aktürk İstanbul Sərgi Mərkəzində “IDEF 2025 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi” ilə bağlı keçirilən həftəlik mətbuat brifinqində çıxışında bildirib.

Türkiyənin Suriyanın ərazi bütövlüyünün qorunması, sabitliyin təmin edilməsi və terror təşkilatları ilə mübarizədə qətiyyətli mövqeyini davam etdirdiyini vurğulayarıb.

"Milli Müdafiə Nazirliyi olaraq, Suriyanın yeni hökuməti ilə sıx əməkdaşlıq içindəyik. Suriya rəhbərliyi tərəfindən müdafiə qabiliyyətinin gücləndirilməsi və başda İŞİD olmaqla bütün terror təşkilatlarına qarşı mübarizə məqsədilə Türkiyədən rəsmi dəstək tələb edilmişdir. Bu tələblə bağlı olaraq, Suriyanın müdafiə qabiliyyətinin artırılması üçün təlim, məsləhət və texniki dəstək verilməsi istiqamətində işlər davam edir. Türkiyənin əsas məqsədi Suriyanın siyasi birliyini və ərazi bütövlüyünü dəstəkləmək, bölgədə daimi sülhün təmin olunmasına yönəlmiş səylərə rəhbərlik etməkdir. ”- deyə Aktürk qeyd edib.

Suriyanın Suveyda şəhərindəki qarşıdurmalar və İsrailin Dəməşqə hücumları ilə bağlı sualları cavablandıran mənbələr, İsrailin son vaxtlar xüsusilə cənubdakı Suveyda bölgəsində intensivləşdirdiyi hücumların druz qrupları ilə Dəməşq hökuməti arasında gərginliyi artırdığını bildirib.

Xatırladaq ki, 13 iyul tarixində Suriyanın Suveyda vilayətində ərəb qəbilələrinin döyüşçüləri ilə druz dəstələri arasında qarşıdurmalar baş verib. İyulun 15-də Suriya ordusu vilayətin inzibati mərkəzinə daxil olaraq, bölgədə sabitliyi təmin etmək üçün əməliyyatlara başlayıb. Ardınca İsrail, druz əhalisini qorumaq məqsədi ilə Suriyanın hərbi kolonlarını hədəfə almağa başladığını bəyan edərək hava hücumları həyata keçirməyə başlayıb.

16 iyul tarixində İsrail Hərbi Hava Qüvvələri Dəməşq və onun ətrafındakı bir sıra strateji obyektlərə, o cümlədən Suriya ordusunun Baş Qərargah kompleksinə, Əbu-Rummana rayonundakı Prezident Sarayına və paytaxtın qərbində yerləşən Mezze hərbi hava bazasına hava zərbələri endirib. Bu zərbələr nəticəsində Suriya təhlükəsizlik qüvvələrinin beş əməkdaşı həlak olub.

Məlumat üçün bildirək ki, druzlar – Suriya, Livan, İsrail və İordaniyada yaşayan, ərəb dilli və dini baxımdan özünəməxsus etnokonfessional qrupdur. Suriyada təxminən 700 min druz yaşayır ki, bu da kürdlər və ələvilərdən sonra ölkədəki üçüncü ən böyük dini-etnik azlıqdır.

Məqalədə: #İsrail #Türkiyənin Milli Müdafiə nazirliyi #Suriya #Zeki Aktürk #Dəməşq #Druz #Türkiyənin Suriya siyasəti #Druz icması #druzlar #Suveyda Üsyanı #Türkiyə Suriya əməkdaşlığı #Druzların qorunması bəhanəsi #Suveyda hadisələri #Suriya ordusu və druz icması #İsrail druz siyasəti #Suveyda idarəetmə modeli #Suriyada druz liderləri #IDEF 2025 sərgisi #Suveyda Şahinləri #Suveyda döyüşləri

Mövzu üzrə digər xəbərlər

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.