15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə XİN İsrailə qarşı tədbirləri nəzərdə tutan bəyanata qoşulub

Türkiyə, Kolumbiya Xarici İşlər Nazirliyinə rəsmi nota göndərərək Lahey Qrupunun Boqotada qəbul etdiyi, İsrailə qarşı nəzərdə tutulan tədbirləri əks etdirən Ortaq Bəyanata qoşulub.

29 İyul 2025 19:37
Türkiyə XİN İsrailə qarşı tədbirləri nəzərdə tutan bəyanata qoşulub

BAKI, AzerVoice

Türkiyə, Kolumbiya Xarici İşlər Nazirliyinə rəsmi nota göndərərək Lahey Qrupunun Boqotada qəbul etdiyi, İsrailə qarşı nəzərdə tutulan tədbirləri əks etdirən Ortaq Bəyanata qoşulub.

AzerVoice xəbər verir ki, Türkiyə sənədin ikinci və üçüncü maddələrində Birləşmiş Millətlər Təşkilatının Dəniz Hüququ üzrə Konvensiyasına (BMDHS) edilən istinadlara dair şərh təqdim edib.

Rəsmi Ankara bu bəyanatın BMDHS ilə bağlı mövcud hüquqi mövqeyinə heç bir dəyişiklik gətirmədiyini vurğulayıb. Şərh yalnız qeyd olunan maddələrdəki BMDHS istinadlarına aiddir və digər hissələri əhatə etmir.

Sözügedən maddələrdə qeyd olunur ki, əgər İsrailə silah və hərbi sursat daşınması ehtimalı varsa, limanlar və dəniz suları bu fəaliyyətlərə vasitəçilik etməməli, həmçinin həmin ölkənin bayrağını daşıyan gəmilərin bu cür daşımaları həyata keçirməsinin qarşısı alınmalıdır. Həmçinin vurğulanır ki, bütün bu tədbirlər BMDHS da daxil olmaqla beynəlxalq hüquq normalarına uyğun şəkildə həyata keçirilməlidir.

Bogota Bəyanatında ayrıca bir fəaliyyət planı yoxdur, sənəddə İsrailə qarşı görülməsi planlaşdırılan tədbirlər sadalanır.

İyulun 25-də Türkiyə xarici işlər naziri Hakan Fidan "NTV" telekanalına verdiyi müsahibədə bəyanatda Türkiyənin imzası olmadığına dair iddiaları təkzib edib. O bildirib ki, sənəddə BMDHS-yə istinadlar yer alsa da, Egey dənizinin statusu hələ müəyyənləşmədiyi üçün Türkiyə bu Konvensiyanın tərəfi deyil. Fidan əlavə edib ki, hüquqşünaslarla aparılan məsləhətləşmələr nəticəsində sənəddəki BMDHS hissəsinə izah verilib və ümumilikdə sənədə qoşulmaqda hüquqi baxımdan hər hansı problem görülmür.

Qeyd edək ki, 1982-ci il tarixli bu konvensiya, okeanlar üçün ümumbəşəri hüquq norması olaraq hazırlanıb. Lakin Egey dənizi kimi yarı qapalı və tarixi-coğrafi xüsusiyyətlərə malik akvatoriyaların spesifik vəziyyətlərini nəzərə almır. Türkiyə bu Konvensiyanın xüsusilə 3-cü, 33-cü və 121-ci maddələrinin Egey dənizindəki maraqlarına zidd olduğunu bildirərək, sənədə tərəf olmamışdır.

Əgər BMDHS Egey dənizində tətbiq olunsa, Yunanıstanın sahilboyu sularını 12 dəniz milinə qədər genişləndirməsi və bunun nəticəsində dənizin 70 faizinə nəzarət etməsi riski yarana bilər.

Məhz bu səbəbdən Türkiyə təkcə Konvensiyaya qoşulmaqdan deyil, ona istinad edən beynəlxalq sənədlərə də ehtiyatla yanaşır. Bu mövqe, Konvensiyanın müvafiq maddələrinin beynəlxalq adət hüququna çevrilməsinin qarşısını almağa yönəlib.

Türkiyə Bogota Bəyanatı, Lahey Qrupu Türkiyə, Türkiyə İsrailə qarşı bəyanat, BMDHS və Türkiyə, Hakan Fidan NTV açıqlaması, Egey dənizi və BMDHS, Türkiyə rəsmi nota, Türkiyə beynəlxalq hüquq mövqeyi, İsrailə silah daşınması, Birləşmiş Millətlər Dəniz Hüququ, Türkiyənin Kolumbiya Xarici İşlər Nazirliyinə göndərdiyi rəsmi nota, Türkiyənin Lahey Qrupunun Bogotada qəbul etdiyi bəyanata qoşulması, İsrailə silah daşınması ilə bağlı BMDHS istinadlarına dair Türkiyənin şərhi, Türkiyənin 1982-ci il BMDHS Konvensiyasına tərəf olmamasının səbəbləri, Hakan Fidanın BMDHS istinadları ilə bağlı hüquqi izahatı, Egey dənizinin statusu ilə bağlı Türkiyənin hüquqi narahatlıqları, Türkiyənin beynəlxalq sənədlərə ehtiyatlı yanaşması və adət hüququna təsiri, Yunanıstanın 12 mil səlahiyyəti iddiasına qarşı Türkiyənin reaksiyası, Türkiyənin beynəlxalq hüquq mövqeyinin BMDHS ilə uyğunluğu məsələsi, Bogota Bəyanatında İsrailə qarşı tədbirlərin hüquqi çərçivəsi

Məqalədə: #Türkiyə #İsrail #BMT #Hakan Fidan #Türkiyə Xarici İşlər Nazirliyi #Yunanıstan #Kolumbiya #Egey dənizi #Türkiyə Bogota Bəyanatı #Lahey Qrupu Türkiyə #Türkiyə İsrailə qarşı bəyanat #BMDHS və Türkiyə #Egey dənizi və BMDHS #Türkiyə rəsmi nota #Türkiyə beynəlxalq hüquq mövqeyi #İsrailə silah daşınması #Birləşmiş Millətlər Dəniz Hüququ #Türkiyənin Kolumbiya Xarici İşlər Nazirliyinə göndərdiyi rəsmi nota #Türkiyənin Lahey Qrupunun Bogotada qəbul etdiyi bəyanata qoşulması #İsrailə silah daşınması ilə bağlı BMDHS istinadlarına dair Türkiyənin şərhi #Türkiyənin 1982-ci il BMDHS Konvensiyasına tərəf olmamasının səbəbləri #Hakan Fidanın BMDHS istinadları ilə bağlı hüquqi izahatı #Egey dənizinin statusu ilə bağlı Türkiyənin hüquqi narahatlıqları #Türkiyənin beynəlxalq sənədlərə ehtiyatlı yanaşması və adət hüququna təsiri #Yunanıstanın 12 mil səlahiyyəti iddiasına qarşı Türkiyənin reaksiyası #Türkiyənin beynəlxalq hüquq mövqeyinin BMDHS ilə uyğunluğu məsələsi #Bogota Bəyanatında İsrailə qarşı tədbirlərin hüquqi çərçivəsi

Mövzu üzrə digər xəbərlər

Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edəcək
Suriya

Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edəcək

14 Sentyabr 11:33
Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
İslam və həyat: Şəriət, tarix, əxlaq

Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?

13 Sentyabr 18:00
Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21

Son Xəbərlər

İraq və Fransa altı əməkdaşlıq sənədi imzalayıb
İraq və Fransa altı əməkdaşlıq sənədi imzalayıb
09:14
Bəhreynin turizm sektoru yeni tərəfdaşlıqlar axtarışındadır
Bəhreynin turizm sektoru yeni tərəfdaşlıqlar axtarışındadır
09:09
Bakının Qafqaz İslam Ordusu tərəfindən azad olunmasından 108 il ötür
Bakının Qafqaz İslam Ordusu tərəfindən azad olunmasından 108 il ötür
09:02
Bu gün Məhəmməd Əli üçüncü dəfə dünya çempionu oldu
Bu gün Məhəmməd Əli üçüncü dəfə dünya çempionu oldu
09:00
Husi terroru nəticəsində daha 13 səudiyyəli yaralanıb
Husi terroru nəticəsində daha 13 səudiyyəli yaralanıb
07:45
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.