15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türk Hava Yolları 13 ildən sonra Hələbə uçuşları bərpa edib

2012-ci ildə Suriya vətəndaş müharibəsi səbəbilə dayandırılan Türk Hava Yollarının (THY) Hələb reysləri 13 illik fasilədən sonra yenidən fəaliyyətə başlayıb. İlk uçuş İstanbuldan 145 sərnişinlə həyata keçirilib.

1 Avqust 2025 14:30
Baku
Türk Hava Yolları 13 ildən sonra Hələbə uçuşları bərpa edib

BAKI, AzerVoice, Zeynəb Raminqızı

2012-ci ildə Suriya vətəndaş müharibəsi səbəbilə dayandırılan Türk Hava Yollarının (THY) Hələb reysləri 13 illik fasilədən sonra yenidən fəaliyyətə başlayıb. İlk uçuş İstanbuldan 145 sərnişinlə həyata keçirilib.

AzerVoice xəbər verir ki, Türk Hava Yolları 13 illik fasilədən sonra Suriyanın Hələb şəhərinə müntəzəm reyslərini bərpa edib. 2012-ci ildə təhlükəsizlik səbəbilə dayandırılan uçuşlar iyulun 25-də İstanbul Hava Limanından yola düşən TK844 saylı reyslə yenidən başlayıb.

145 sərnişinlə saat 08:10-da havaya qalxan təyyarə 10:10-da Hələb Beynəlxalq Hava Limanına eniş edib.

Türkiyənin Hələbdəki baş konsulu Muammer Hakan Cengiz “Bu uçuş Hələbin Türkiyə və dünya ilə əlaqələrinin bərpasında mühüm rol oynayacaq. Hələbin minillik əlaqələri THY ilə səmadan yenidən qurulur.”- deyə qeyd edib.

Suriya Mülki Aviasiya İdarəsinin nümayəndəsi Alaa Əl Sallal da bu hadisəni ölkənin mülki aviasiya tarixinə yeni səhifə kimi dəyərləndirib.

Hələb, THY-nin Suriyadakı ikinci təyinat məntəqəsi olub. Yanvarda Dəməşqə başlayan reyslərdən sonra Hələb uçuşlarının əlavə olunması ilə Türk Hava Yolları Suriya üzrə istiqamətlərini artırır.

İlkin mərhələdə uçuşlar həftədə üç dəfə – çərşənbə, cümə və bazar günləri – həyata keçiriləcək. Avqustun 19-dan etibarən bu reyslərin sayı həftədə beşə, sentyabrın 1-dən isə gündəlik uçuşlara çatdırılacaq.

THY Hələb reysləri üçün bilet satışını 299 ABŞ dollarından başlayan qiymətlərlə elan edib. Bu qiymət yalnız rəsmi veb sayt üzərindən alınan biletlərə şamil olunur.

Məqalədə: #Türk Hava Yolları (THY) #Suriya #THY #Dəməşq Hava Limanı #Hələb #THY beynəlxalq reyslər

Mövzu üzrə digər xəbərlər

Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edəcək
Suriya

Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edəcək

14 Sentyabr 11:33
Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
İslam və həyat: Şəriət, tarix, əxlaq

Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?

13 Sentyabr 18:00
Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21

Son Xəbərlər

Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
00:10
Tarixdə bu gün - 15 sentyabr
Tarixdə bu gün - 15 sentyabr
00:01
Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
14 Sentyabr 22:34
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
14 Sentyabr 22:07
Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
14 Sentyabr 21:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.