Türkiyə–Çin aviasiya əməkdaşlığı genişlənir
Türkiyə ilə Çin arasında imzalanan mülki aviasiya anlaşması çərçivəsində iki ölkə arasında həftəlik reyslərin sayı 21-dən 49-a qaldırılıb. Bu qərarın ardından THY Pekin, Şanxay və Quançjou istiqamətlərində mövcud 21 reysə əlavə 10 uçuş tezliyi əlavə edəcək. THY baş direktoru Bilal Ekşi sosial media paylaşımında 26 oktyabr 2025-ci ildən etibarən yeni tezliklərin həyata keçiriləcəyini bildirib.
Türk Hava Yolları 13 ildən sonra Hələbə uçuşları bərpa edib
2012-ci ildə Suriya vətəndaş müharibəsi səbəbilə dayandırılan Türk Hava Yollarının (THY) Hələb reysləri 13 illik fasilədən sonra yenidən fəaliyyətə başlayıb. İlk uçuş İstanbuldan 145 sərnişinlə həyata keçirilib.
Türk Hava Yolları dünyanın ən yaxşı 6-cı aviaşirkəti seçilib
“World Airline Skytrax Awards 2025” nəticələrinə əsasən, Türk Hava Yolları (THY) dünyanın ən yaxşı 10 hava yolu şirkəti siyahısında 6-cı yeri tutub.
Türk Hava Yolları Avropanın ən yaxşı Wi-Fi xidməti mükafatı alıb
Türk Hava Yolları "Avropanın Ən Yaxşı Uçuşda Wi-Fi Xidməti" mükafatını qazanaraq Türkiyə adına bu sahədə ilk beynəlxalq uğura imza atıb.
THY dayanıqlı maliyyə sahəsində beynəlxalq mükafata layiq görülüb
THY yanacaq sərfəli 2 ədəd Airbus A321neo təyyarəsinin maliyyələşdirilməsində tətbiq etdiyi davamlılıq əsaslı kredit strukturu sayəsində aviasiya sahəsində nüfuzlu “Dayanıqlı Maliyyə Pioneri” mükafatını qazanıb.